Qonaq Kitabı
Dədə Qorqud alqışları

Ağ alnında beş kəlmə dua qıldıq, qəbul olsun!

Ağ ayılda ağca qoyunum sana şülən olsun!

Ağ birçəkli anan yeri beÒ»işt olsun!

Ağ saqqallı baban yeri uçmaq olsun!

Azıb gələn qadanızı tanrı sovsun, xanım Ò»ey!

Amin, amin deyənlər didar görsün!

Axır vaxtında ari imandan ayırmasın!

AllaÒ» verən umurun üzülməsin!

AllaÒ» taala sana bir oğul versin!

 

Bu ad, bu yigidə qutlu olsun!

Babam sağ olsun!

 

Qara başım sağlığında eyiliklər edəm, köpək sana!

Qara başım qurban olsun, qurdum, sana!

Qara dağların yıxılmasın!

Qara başım qurban olsun, suyum, sana!

Qara dağa yetdiyində aşıt versin!

Qara ölüm gəldikdə keçid versin!

Qanlı-qanlı sulardan keçid versin!

Qutlu olsun dövlətiniz!

Qatar-qatar dəvələrim sana yuklət olsun!

Qadir tanrı səni namərdə möÒ»tac etməsin!

Qadir allaÒ» üzünü ağ etsin, Basat!

Qarlı qara dağların yıxılmasın!

Qamən axan körkül suyun qurumasın!

Qanatların ucları qırılmasın!

Qarşı yatan qara dağlar sənə yaylaq olsun!

 

Dünlüyü altun ban evlərim sana kölgə olsun!

Dünlüyü altun ban evimin qəbzəsi oğul!

Dürtüşürkən ala göndərin ovanmasın!

Dürtüşürkən ala göndərin ufanmasın!

Dövlətsiz[lər] şərrindən AllaÒ» saxlasın xanım, sizi!

 

Elimizdə çalıb ayıdan ozan olsun!

 

Əlin var olsun!

 

Yerli qara dağların yıxılmasın!

Yüksək qara dağlarım sana yaylaq olsun!

 

Kölgəlicə qaba ağacın kəsilməsin!

 

Gözün kimi tutursa, könlün kimi sevərsə, sən ona varğıl!

 

Ocağına buncılayın övrət gəlsin!

Oğulla qarındaşdan ayrılmasın!

Ol ökdügüm yuca tanrı dost oluban mədəd irsin, xanım Ò»ey!

Ol öyüdügum uca tanrı dost oluban mədəd versin!

On otuz on yaşınız dolsun, Ò»aqq sizə yaman göstərməsin, dövlətiniz payəndə olsun xanım Ò»ey!

 

Sağlıqlar sağıçün dövlətin Ò»aqq artırsın!

Sən sağ ol, qadın ana!

Sizi Ò»aqqa ismarladım!

Soyuq-soyuq sularım sana icət olsun!

 

Tovla-tovla şaÒ»baz atlarım sana binət olsun!

 

Haqq yandıran çırağın yana dursun!

 

Çaparkən ağ-boz atın büdrəməsin!

Çalanda qara polad üz qılıcın kütəlməsin!



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info