Qonaq Kitabı
Dədə Qorqud qarğışları

Ağzın qurusun, çoban! Dilin çürüsün, çoban! Qadir sənin alnına qada yazsın, çoban!

Ağzın qurusun, ana! Dilin çürüsün, ana!

Altun axçan xərclər olsam, mənim kəfənim olsun!

 

Bitər sənin otların, Qazlıq dağı, bitərkən bitməz olsun!

Verməz olsan yana-göynə qarğaram, Qazan, sana!

Qaçar sənin keyiklərin Qazlıq dağı, Qaçarkən qaçmaz olsun, daşa dönsün!

Qazlıq dağı, axar sənin suların,

Axar ikən axmaz olsun!

Qonağı gəlməyən qara evlər yıxılsa yey!

 

Əlin qurusun, barmaqların çurüsün!

 

Yarılmasın, yarçımasın sənin oğlun kür qopdu, ərcil qopdu!

Yarımasın, yarçımasın!

Yarımasın, yarçımasın, onun qələsinin kafirləri bunları casusladi!

Yaylar olsam, mənim gorum olsun!

Yıxılsın Oğuz elləri, mənə yarar qız bulaymadım!..

 

Kəsilsin oğlan əmən süd damarım, yaman sızlar!

 

Oğlu-qızı olmayanı AllaÒ»-taala qarğayıbdır. Biz dəxi qarğarız.

 

Səndən sonra bir yigidi sevib varsam, belə yatsam, ala ilan olub məni sorsun!

Soyuq-soyuq suların içər olsam, mənim qanım olsun!

 

Tovla-tovla şaÒ»baz atın, minər olsam, mənim tabutum olsun!

 

Çalarsan əlin qurusun!

Çıxsın mənim gözlərm, Dirsə xan, yaman səyrir!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info