Qonaq Kitabı
Qarğış bayatılar

Əzizim, Ò»ara gəlsin,

Zulfünü dara, gəlsin,

Mənsiz bayram eyləsən,

Bayramın qara gəlsin.

 

Büzmə köynək büzülsün,

İncə belin üzülsün,

Siftə gedən gecəsi,

Yardan əlin üzülsün.

 

Ağac başında qora,

Bilmədim düşdüm tora,

Səni məndən eləyən,

İmansız getsin gora.

 

Oturmuşdum dalanda,

Səbir gəldi duranda,

Qolun qurusun sənin,

Yara şillə vuranda.

 

Qızılgül Ò»açabənddi,

Sana gör necə bənddi,

Düşsən mənim günumə,

Görərsən necə dərddi,

 

Mən aşiqəm, gün üzü,

Duman tutdu gün üzü,

Düşmən bir dərdə düşsün,

Heç görməsin gün üzü.

 

Əzizim, yasamalı,

Xalların yasamalı,

Məni yardan edənin,

Tökülsün yasa malı.

 

Mən aşiqəm, ayranı,

İçmək olmaz ayranı,

Cənnət üzü görməsin,

Səni məndən ayranı.

 

Ayrılıq yalan, yalan,

Ömrümə saldın talan,

Ayrılsın, ayrı düşsün,

Bizə ayrılıq salan.

 

Pəncərəsən, şişəsən,

Sivriləsən, düşəsən,

Sevgili yarın ölsün,

Əldən ələ düşəsən.

 

Köynəyin gülü yansın,

Od düşsün, gülü yansın,

Səni məndən edənin,

Ağzında dili yansın.

 

Sən gedən Məşəd olsun,

Sürmə çək, qaşa, dolsun,

Səni məndən eliyən,

Nə gülsün, nə şad olsun.

 

Köynəyin biçən ölsün!

Yaxasın tikən ölsün!

Mən sənə göz dikmişdim,

Başqa göz dikən ölsün!

 

Evləri köndələn yar!

Bizə gül göndərən yar!

Gülün yarpıza dönsün,

Bizdən üz döndərən yar!

 

Bu yollar asta gedər,

Dolanar dosta gedər,

Viran qalsın bu yurdu,

Sağ gələn xəstə gedər.

 

Əzizim, günə düşdüm,

Kölgədən günə düşdüm,

Evin yıxılsın, fələk,

Sən deyən günə düşdüm.

 

Sandıq üstə qırxayaq,

Mən yarı gördüm bayaq,

Ha yüyürdüm tapmadım,

Küt olsun belə ayaq.

 

Kisə tikdim olmadı,

Suya saldım, solmadı,

Elçi, dilin qurusun,

Özüm sevən olmadı.

 

Aman fələk, ax fələk,

Çıx bacadan bax, fələk,

Qıza elçi gəlməsə,

Get evini yıx, fələk.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info