Qonaq Kitabı
Ovsunlar

Ficaq, ficaq fel ola

Içi dolu qul ola,

Ficağa qalan qızlar,

Diləyi qəbul ola.

Eşdim-eşdim qum çıxdı,

Qumdan mübarək çıxdı.

Dam üstundo damxana,

İçində şərabxana,

Tökmüyün qul ayini,

Möləq qöla taxsana.

 

* * *

 

Ey şeytanlar, şeytanlar,

Bu ciyəri alınız.

Buna qənaət ediniz,

Bu qadını öldürməyiniz,

Zərərinizi toxundurmayınız.

Qoyun ciyəri sizə kafi dəyilmi?

Bu qoyun ciyərini ciyər addetmirsinizmi?

Əgər belə isə, əlimə qılınc alaram,

Hesabsız ruÒ»larımla,

Sizə Ò»ücum edərəm.

 

* * *

 

Nur ilan, dəmir ilan, at ilan, su ilan,

Ox ilan, gömülkən ilan, kəltə marı, atdur Ò»arı

çöl kəsən ala ilan.

Hindistani, qara ilan, kor marı erkək ilan,

urqocı ilan,

Boğaz ilan, qısır ilan,

Hökmü Davud, Ò»ökmü Süleyman, ilçi gəldi,

üsvən gəldi.

Qusvənd gəldi, brev, reberev küf çıx!

 

* * *

Moy, moy, siyaÒ» moy, surx moy, ala moy,

Quzloğan moy, quzladuçı moy, yetim moy,

Dul moy tulsaq moy, kul moy, kultak moy!

Ərəndə moy, çərəndə moy, gizləndə moy,

Hökmü Davud.

Hay gəldi, Ò»ey gəldi, qara çanaq qoy gəldi.

Ayağının tozu gəldi, piçamernin qızı gəldi.

Hökmü Davud.

 

* * *

 

Òºəzrət Süleyman eşqinə,

Çin qızı Mərcan Ò»ökmünə,

Bəni-adəmdən, bəni-Ò»eyvandan,

Cindən, şəyatindən, axar sudan,

Köklü ağacdan, dibli qayadan,

Yeddi yolun ayrıcından –

Hər kəsin çilləsinə düşmüsənsə,

Çilləni kəsdim.

 

* * *

 

Əqrəb-əqrəb axınca,

Çaxmağını çaxınca,

Əqrəb oldu bir kişi,

Bağladı qurdu-quşu,

Süleyman peyğəmbərin bıçağı

Fatma nənənin qurşağı

Üf... Üf... Üf...

 

* * *

 

Ey albastı zalim,

Qoy ciyərini yerinə,

Zavallının canın iadə et,

Sözümü tutmazsan,

Mənə Ò»örmət etməzsən,

Gözlərini çıxararam...

 

* * *

 

Üzərliksən, Ò»avasan,

Həzar dərdə davasan,

Hər yerdə sən olasan,

Qada-bala sovasan.

 

Üzərlik danə-danə

Tökülsün Ò»ərzə canə,

QoÒ»um ola, yad ola,

Gözu bu odda yana.

 

Atın daydı üzərlik,

Donun ağdı üzərlik,

Müşgül işim düşübdü.

Hovdu-Ò»ovdu üzərlik.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info