Qonaq Kitabı
ŞUŞA MOLLALARI HAQQINDA

 

Heyf, səd heyf, bu iş bulmadı əncam yenə.
Üləma özlərini eylədi bədnam yenə.

Şişəyə dəsti-qəza səngi-cəfa yağdırdı,
Şişəvəş sındı bu gün rövnəqi-islam yenə.

Var idi mədrəsəyə rəğbəti xəlqin, qovğa
Düşdü nahaq yerə ortaya bu axşam yenə.

O qədər keçmədi ki, sülh binası pozulub,
Bir-birə şıllaq atar Şeyxəki-əyyam yenə.

Duş həmkasəvü həmsöhbət idi, eylərlər
Haliya bir-birinin küfrüni elam yenə.

Neçə müddətdi kəsad olmuş idi, oldu rəvac
Şəhrü bazardə latailü düşnam yenə.

Görmədik biz buların dövrdə bir eydi-şərif,
Oldu məsdud dəri-zikr bu bayram yenə.

Zövqü şövq ilə səhərdən rəhi-məscid tutduq,
Zarü məhzun qayıtdıq həmə nakam yenə.

Misli-səyyadi-cəfapişə yerə danə səpib,
Hərə bir növ qurar mürği-dilə dam yenə.

Yekcəhətlik pozulub oldu qələm tək düzəban,
Yazılır şamü səhər tənlə peyğam yenə.

Bu nə saziş, bu nə islah, çıxıb mənbərdə,
İki gün keçmədi düşdü işə eyham yenə.

Bu sifətlə belə, biz naqisi gör, onlardan
Kəsməzik hiç ölüncə təməi-xam yenə.

Var bir qabilü kamil, ona da əhli-nifaq
Ta dinib, derlər, olubdur kişi sərsam yenə.

Xələti-xosrovi-dəhr eylədi əngüştnüma,
Oldu ta Məmmədəli sahibi-ənan yenə

Var ümidim edə knyaz bu pərxaşə bina,
Tazədən əhli-vilayət tuta aram yenə.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info