Qonaq Kitabı
MİRZƏ MEHDİYƏ

 

Dedim fuladını nərm eyləyəsən,
Sən eylədin səngi-xarə, əzizim.
İnşaallah olur ləhaf müsəlləm
Belə keçsə varə-varə, əzizim,

Asi rəyət bəyin yada salırmı,
Ağa sözün…….. alırmı,
Fuladi-bədgühər yumuşalırmı
Ta düşməyə yalavlarə, əzizim.

Birah əngər soyuq döyə dəmiri,
Çıxmaz çəkişindən səsi-səmiri.
Mühəssilin uzun olsun ömüri,
Xub salıb onları darə, əzizim.

Yetişən tək alıb qulluq da yekin,
Bizim mülazimə göstərib……..
Eşşək ki, xamladı götürməz yükin,
Gətiriblər bizi zarə, əzizim.

Canə yetdim dərdü ğəmü möhnətdən,
Qurtarmadım əndişədən, xiffətdən;
Başımı götürüb bu vilayətdən
Getməliyəm bir diyarə, əzizim.

Mundan əvvəlkilər çalışıb
Hərçənd Bir ev tikməyiblər ola dilpəsənd;
Sarcalı xəlqini başdan xudavənd
Yaradıbdır günüqarə, əzizim.

Bizlər kimi bir-birinin bədxahı
Tapılmaz, gəzəsən aləmi dahı.
Onun üçün ğəzəb edib ilahi,
Xayinik aşnaya, yarə, əzizim.

Gözəl köhlənləri gecə sübhədən
Minib çapıb, qulun tökdürür Həsən.
Nəsihət eyləyib hərgiz deməzsən
Çəkib onu bir kənarə, əzizim:

Ey bihəya, həzər eylə xudadən,
Usan təqəllübdən, cövrü cəfadən.
Peşiman olursan bu macəradən,
Yetirirlər sahibkarə, əzizim.

Yenə tazə oğurlanıb bir yabım,
Dəxi ziyanlığa qalmayıb tabım;
Budur sizə əvvəl-axır cavabım:
Bu işə eyləyin çarə, əzizim!

Qarabaldır xəlqi oğru yatağı,
Tapılmaz gəzəsən doğrusu, sağı
Hamıdan bir kənar, o it uşağı
Talan salıb aşikarə, əzizim.

Fəqir-füqəranın qoyunu, malı
Yarım saat deyil xətadən xali.
Sakit etmişdiniz bu qiylü qalı,
Yenə qarışıbdır arə, əzizim.

Baxşıdan görmüşəm mehrü vəfalər,
Bizdən yetir ona hədsiz dualər,
Xeyrxahəm ona sübhü məsalər,
Cahangirü cahandarə, əzizim.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info