Qonaq Kitabı
MƏHƏMMƏD BƏYƏ - 4

 

Nəzmi-şəkərbarın gəldi yetişdi,
Ay Qasımın püştü pənahı Məmməd!
Əcəb tanıyıbsan çərxi-bədkarı,
Pir olasan görüm, vallahı, Məmməd!

Onun kimi bir əcuzə hiyləgər,
Tapılmaz, gəzəsən cəhanı yeksər;
Bir dənizadəni tacvər eylər,
Göz ucilə qılsa nigahı, Məmməd!

Çün özü dişidir, sözü dişini,
Sizdən yaxşı mən bilirəm işini,
Nəzər salıb bir………. kişini
İranın eylədi padşahı, Məmməd!

Bəslədi Teymuri-Ləngi bir müddət,
Geydirdi əyninə qəbayi-heşmət;
Kor Səlimə verdi nə növ dövlət,
Müşküldü eyləmək siyahı, Məmməd!

Mədəni-xətadır, nəfindən əl çək,
Ayaqlar hər yerdə fəqiri görcək;
Yastıpapaq eylər kimini mən tək,
Kimi başa qoyar külahı, Məmməd!

Cahanə, bişübhə, gedəcək gələn,
Bu yer deyil, bizə ayrıdır vətən;
Başa yetib ömür, indi sən və mən
Oruc tutaq gərək se mahı, Məmməd!

Bəy ikən adımız olub mülkədar,
Rəiyyət indidən bizə ... atar;
Ellik ilə bu halətə nə ki, var
Gərəkdir ki, çəkək yüz ahı, Məmməd!

Bundan isə yeydir diyari-ğürbət,
Al başını, dur get, əlbət, səd əlbət!
Var isə məhrəmin, bir soruş xəlvət,
Nə idi bu xəlqin günahı, Məmməd?

Bu dövri-fanidə bulmadıq zayə,
Ömru verdik əbəs-əbəs fənayə;
Gəl Məşhədə gedək, ya Kərbəlayə,
Budur kəlamımın kütahı, Məmməd!


 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info