Qonaq Kitabı
MƏHƏMMƏD BƏYƏ - 3

 

Eşitdim naməyi-mehrü məhəbbət
Yetişir daima Pəridən sana.
Aşiqin məşuqi gərək çağ olsun,
Nə hasil o quru dəridən sana?!

Əzəl sevdin Fatma ilən Məryəmi,
Onların dalınca Şahi-Sənəmi.
Belə sevda xərab eylər adəmi,
Özün bil, deyirəm bəridən sana.

Biri piri-kamil, ikisi sadə,
Oynaş olmaz üçdən, dörddən ziyadə.
Tapşırıb …… Şirin Fərhadə,
Bəlkə fürsət ola………sana.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info