Qonaq Kitabı
MƏHƏMMƏD BƏYƏ

 

Əziza, mən sana bir cilqiyi-şahanə göndərdim,
Əcayib töhfədir, mən həm əcəb oğlanə göndərdim.

Bəyazi-çeşmi-məhbuban kimi şəffaf, seyqəlli,
İçində mərdüməkvəş mən onun bir danə göndərdim.

 Və ya inki fərar olmuş ğulami-hind kuyindən
Tutub saldım, qolu bağlı çəhi-zindanə göndərodm.

Həqarət çeşmi ilə baxma cana, üstüxan sanma,
Çıxardıb, nəqdi-canımdır, mən ol cananə göndərdim.

Saluban getmədi, çün baz gəldi yaz ol şəhbaz,
Bu bir tövqi-iradətdir, ona nişanə göndərdim.

Tək indi şəhri-dildə tab qıl, ey ləşkəri-möhnət,
Cəfavü cövrünü yazdım, bu gün sultanə göndərdim.

Şikəstə Zakirin mən etmə sövqatın görüb biqədr,
Xüturi-xatirinçün tapmadım bahanə, göndərdim.





 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info