Qonaq Kitabı
KNYAZ XASAY USMİYEV HAQQINDA HƏCV

 

(Rəhimbəy Uğurlubəyova)

Rəhima, çövr edir hər dəm mana bir naqolay knyaz,
Gəhi Tərxan, gəh Cəfərqulu, gahi Xasay knyaz.

Olub knyaz yatağı bu dağılmış xeyli müddətdir,
Fərarət olmarıq bir dəm geday knyaz, gəlay knyaz.

O yaxsay, mən qarabaği, mənimlə yox sərü kari,
Nə istər bilməzəm məndən genə xingəl-quşay knyaz.

Dağıstan dağının knyazlarının ləzzətin gördüm,
Qalıbdır bir həmin Əndi, Çeçen, bir Cüngətay knyaz.

Səxavət umma ondan, harda görmüş vermək, almağı,
Onunki bir odur içsin buzə, çalsın dalay knyaz.

 Gələndə bir üzü, bir cüt qulağı, saf quru .......
Xüsusən aləmi etmişdi yeksan püştü pay, knyaz.

Yetim düyşək tapanda çünki bir iylər, iki dişlər,
Düşüb əmlakın üstə iki əlli qarmalay, knyaz.

Dedim ol mədəni-feyzə bulunsun canişin, yarəb,
Bulundu, heyf kim, bixeyrü xayin, süstray knyaz.

Hərarət çeşmi-kəmbinayə nöqsan olduğun bilmiş,
Gələr payız Qarabağə, qaçar Əlbürsə yay, knyaz!

Üç ay qış cövrü zülmünə, könül səbr eylə, səbr eylə,
Papağın fırla ha gəldi, yaz olcaq ustupay, knyaz.

Yetirdi həq sana bu dövləti birəncü bizəhmət,
Tikər kor leyləyin həqqa, yuvasın ol xuday, knyaz,

Qəzanın gərdişin gör kim, verib bu Şişə şəhrində
Gəlib bir naqisü nadan yapa köşkü saray, knyaz.

Belə knyazı həqq alsın əlimdən, mən tutum matəm,
Vurub başimə hər ləhzə deyim: ey vay, vay, knyaz!

Qolumuzdan tutan yox, qılçımızdan qaldıran çoxdur,
Bizə qəht oldu bu aləmdə bir müşkül-güşay knyaz.

Bir ayqır tay-bağırsaq olsa at ondan qulun tutmaz,
Budur vəhmim-bizim düxtər gəzə daim subay, knyaz.

Ləamət öylə qalibdir o bidinü dilazarə, ;
Siyavuş qanıdı yanında bir fincan çay, knyaz.

Əgər yoxdur bu illət səndə yüz lənət mana gəlsin,
Sifatın zəmmini nəzm ilə yazdım cabəcay knyaz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info