Qonaq Kitabı
HÜSEYN BƏYİ HƏCV

 

Var özgə vilayətdə də tək-tək köpək oğlu,
Hədsizdi bu viranədə, bişək, köpək oğlu.

Hərçənd mana balta çalan çox idi, əmma
Məcmudən əfzun bu it-əmcək köpək oğlu!

Olmadı deyən bir muna kənd aşrı it ürməz,
Bəsdir bu şərarət dəxi əl çək, köpək oğlu!

Yüz düşmən ola bir kəsə, bir kəs yıxılanda
Filcümlə gərəkdir ola sövkək, köpək oğlu!

Qəhri-üməra atəşi-suzandı, nə layiq,
Bərqəsd onu hərdəm üfürmək, köpək oğlu!

Fikrin budu, atan yerişi yeriyəsən sən,
Xüm cayini haşa tuta cürdək, kepək oğlu!

Lazımdı o şəxsin vələdindən həzər etmək
Kim, əbləğ ola cəmdəyi lək-lək köpək oğlu!

Derlərdi anan zaniyədir, var idi şəkkim,
Sən ki, beləsən, yoxdu dəxi şəkk, köpək oğlu!

Məşhur məsəldir ki, bitər ot kökü üstə,
Səgdən törəyən axır olur səg, köpək oğlu!

Bu qədri sana xəlq dedi ağzını saxla,
həqqən ol ………………………………..

Qəsdin çörəyin kəsmək idi munca əyalın,
Kəssin səni ol kəsdiyin əppək, köpək oğlu!

Keçməz belə dövran, sənin də bu səyaqın
Bərbad olu çün dövləti-Bərmək, köpək oğlu!

Bir kərrə düşübsən qazanılmış çörək üstə,
Sanma özünü yoxsa ki, zirək, köpək oğlu!

Bu bidəti nə ləzgi, nə şahi sevən eylər,
Bu zülmü nə əfqanü nə özbək, köpək oğlu!

Haşa ki, culi-ətləs ilə xər ola tusən,
Müşküldü demək bədgühərə bək, köpək oğlu!

Dişi-dişi pünhani nədi zərbə girişmək,
Ey batini zən, zahiri erkək köpək oğlu!

İt itdi, ürən vəqt tanır aşnanı, yadı,
İrs oldu sizə yetənə ürmək, köpək oğlu!

Bədxahlığı tərk eləmə, tənə edər xəlq,
Şayistə deyil əsli itirmək, köpək oğlu!

Knyaz nə kim, cövr eləsə əmri mütadır,
Yox bizdə ona qüdrəti-dinmək, köpək oğlu!

Sən kimi, yetən nakəsə, ol qadiri-sübhan
Xəlq eyləməyib məndə əyilmək, köpək oğlu!

Namərd ətəyindən kişi həngami-zərurət
Tutmaqdan isə yaxşıdı ölmək, köpək oğlu!

Şinel tapılan yer bizə bir vers yarım var,
Hərgah desən yoxdu, gəl ölçək, köpək oğlu!

Qan olmadı bir dəfə açıldı qoyun ardı,
Daim keçininki olu çərmək, köpək oğlu!

Min evlə neçin eyləmisən dəfi-məzərrət,
Asandi əgər Behbudu gəzmək, köpək oğlu!

Beş-altı gədəm var pərişan, oların da,
Kəsb əhlidilər, şüğlü cüt əkmək, köpək oğlu!

Poştlar dağıdıb, yol kəsəninki yalan oldu,
Gərmək satanın yalanı gerçək, köpək oğlu!

Varəm sizin ilə necə ki, var həyatım,
Tab eylə bu gündən belə sən tək, köpək oğlu!

Bağışla, damağım yox idi, müxtəsər oldu,
Müşküldü bu dəm nəzmi yetirmək, köpək oğlu!

Bir növ sana sikkə vurum həcv ilə, yüz gəz
Suhan çəkələr eyləməyə həkk, köpək oğlu!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info