Qonaq Kitabı
BABA BƏYİN VƏFATINA

 

Diriğa, getdi bir-bir dərdbilənlər, fərd mən qaldım,
Cahanda xatiri ğəmgin, dili pürdərd mən qaldım.

Ənisü mehribanım Mehribanda vasili-rəhmət
Olub, dari-fənadə zarü səhragərd mən qaldım.

Mətai-can xirid etdi rəfiq kərm ikən bazar,
Pozuldu rövnəq, ancaq qaldı ahi-sərd, mən qaldım.

Xəyalat əhli-xaki-kimiya tək, napədid oldu,
Tutub rahi-ədəm iksir-təban, kərd mən qaldım.

Görüb dəhrin vəfasın, çəkdilər əl eyşi-aləmdən,
Bu viran mülkdə, səd heyf, tənpərvərd mən qaldım.

Həqiqət mənzilinə yetdilər mərdi-rəhi-aləm,
Mənə bu ar yetməzmi, həmin namərd mən qaldım

Edər seyri-külüstani-bəqa ağgünlülər hər yan,
Qara gün içrə gülbərki-xəzan tək zərd mən qaldım.

Vəzirü şah rüx tutdu piyadə xaneyi-fərzə,
Səməndi-fil ləng oldu, dağıldı nərd, mən qaldım.

Müsibət salının tarixi amma oldu "tarixim",
Köçüb ustad, Zakir, bihünər şagird mən qaldım.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info