Qonaq Kitabı
HACI BÖYÜK BƏYƏ

 

Tüf sənin yüzünə, ey çərxi-müanidpərvər,
Ərzəlü kəcrəvişü nakəsü namərdsiyər,
Mötəbərdir bizə yüz sən dənidən fahişələr,
Lənət etsin sana ol xaliqi-həyyü davər,
Mübtəzil eyləmisən gör neçə min peyğəmbər.

Ovliyadən kimi dövründə sən etdin dilşad,
Şiri-həq qətlinə bərçid elədin min ifsad,
Ali-Süfyanə müavin olub etdin imdad,
Şamı təmir eləyib, Yəsribi qıldın bərbad,
Kərbəla qissəsini eylədin aləmdə səmər.

Padşahani-sələfdən kimə verdin aram,
Nistü nabud elədin-qalmadı Huşəng ilə Sam;
Fürsət olmadı ki, Cəmşid içə bir şövq ilə cam,
Əklü şürb oldu o biçarə Kəyumərsə həram,
Getdi zülmatə sənin məkrin ilə İskəndər.

Dövri-vajuninə xatircəm olub hər əclaf
Arsız öz həqq yolundan itirir zeyyini saf,
Geçə hədyan danışıb, gündüz edir lafü kəzaf,
Qəlbi-napakdə hərgiz ola bilməz insaf,
Sahibi-minbərü mehrab olu………. kimi xər,

Mən keçən zülmləri birbəbir etsəm inşa,
Bəli, əlbəttə, əqəllən olu yüz min tüğra,
Keçən əyyam keçibdir,-deyə, yazmaq bica,
Şimdi bu Şişə ara yaxşı salıbsan ğövğa,
Bir-birini qıracaqlar nücəba az çəkər.

Pərilər məskəni bu Şişəni divə layiq
Nə rəva eylədin, ey sənətə təşnə, şaiq,
Tutalım qurbağalar divə olublar aşiq,
Daim üryan gəzibən tanımayan arxalıq,
Məsnədi-Mehdiyə calis olub övladi-Ğəzər.

Namüradə nə səzadır bu qədər izzü cəmal,
Əlliyə sinni yetib, zərrəcə yox onda kəmal,
Surəti-bərzəxi təşbihi-himari-Dəccal,
Bu nə təzvicdi sən eyləmisən ey həmmal,
Mehri-rəxşəndə zühurunda dura şəbpərələr?

Bir deyən yoxdu Murada, ürəyim oldu dü nim,
Ey səfihü əzəlü əhməqü mərdudü ləim,
Ruhra, söhbəti-nacins əzab əst əlim,
Sən de həmsirrinə, qurbanın olum, Mirzə Müqim,
"Bu tənakühdən a biçarə, sana varmı səmər?"

De, qulaq asma mana, yaxşı qılıbsan tədbir,
Rişxənd eyləyəçək atlıya piyadeyi-pir,
Səni gördükdə cəmalinə kim olmazdı əsir,
Yaxşı yığdın evinə aqilü nadanü əmir,
Necə ki, günbəd ara cəm olur faxtələr.

İstəyən dəmdə xudavəndi-qədimü biçun
Hər kəsin eyləyə iqbalını aləmdə zəbun;
Belə əfalə onu eyləyəcək rahnümun,
Özün öz dəstin ilə yıxdın evini, məlun,
Yeri, kir külxənə, tök başına kül şamü səhər.

Qələt etdim, hanı ol səndə, bu böhtan oldu,
Axırı şer demək olmadı, hədyan oldu,
Şimdi ki, bu əməlin aləmə dastan oldu,
Demə xanəm dağılıb qalmadı, talan oldu,
Ehtiyat eylə, Əmirzadə səni kəmsiklər.

Nurunun nur üzündə var idi görmədi, sən
Eyləyən işləri ey ez-özünü taniməyən,
Kari-dünyayə bir az ismət ilən çəkdi ihən,
Qıldı üqba səfərin axırı bu xülqi-Həsən,
Torpağı sanı sana lənət oxur cinnü bəşər.

O nə övrad oxumaq idi, nə hikmət, nə üsul,
O nə izhari-dəyanət eləmək naməqbul,
Hiç qəsd ilə tədarük görən eylərmi üdul?
Hərəmi-beyti-xudayə girə bilməz məful,
O səbəb həcci-nisa tərkinə hekm etdi Ömər.

Məkkədir mömin olan kimsənənin meraci,
Zairi-xətmi-rüsul olmayan olmaz naci,
Şahü bürnavü gədadır bu dərin möhtaci,
Məkkəyə sən də gedib yaxşı qayıtdın Haci,
Ğənim olsun sana Miyqatü Mina, Səngi-həcər,

Görməyib bir belə iş hiç kəs allaha pənah,
Eyləyə ömri-əzizin kişi dünyadə təbah,
Malü dövlət səni, əlqissə, edibdir gümrah,
Türk ara yaxşı məsəldir deyilibdir vallah:
"Köpəyin qarnı tox olsa gecə ulduza hürər".

Şükr-lillah, ürəfa sinfi olur azadə,
Ehtiyacı ola bilməz sən edən imdadə,
Bir binadır ki, qoyan qoydu bizim bərbadə,
Bəli, yaxşı buyurub Arifi-heydərzadə:
"Layiqi-möhreyi-xər olmayan aldı gövhər".

Başına at təpib, içməmisən sən ki şərab,
Çoxdu səndə, tutalım, simü zərü mülkü dəvab,
Əqlin ər var isə yığ başına, ey xanəxərab,
Evlənirsən, barı get anqırıban tayını tap,
Nəsli-qatırçıya şahzadələr olmaz həmsər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info