Qonaq Kitabı
Belə cəlladi-pərivəş, belə canan olumu

 

Belə cəlladi-pərivəş, belə canan olumu,
Bu necə ruhi-mücəssəmdi belə can olumu,
Qabi-qövseyn məqamında bu peykan olumu,
Küfr zülfüni sevən tabeyi-iyman olumu,
Ki, desəm cami-həqiqət ləbinə, qan olumu?

Bəşər əhlində xudaya, nə məlahətdir bu,
Ayeyi-fəthi-zəfərdən bir əlamətdir bu.
Allah-allah nə təmaşadi, nə afətdir bu,
Necə qəddü necə mina, nə qiymətdir bu,
Belə ğəmzə, belə cadu, belə müjgan olumu?

Hanı bir sən kimi xunxar ola mərrix sipah,
Həsrəti-mehr yüzindən şəbi-səyyardi mah,
Müştəri bəxtü Ütaridnəsəbü Zöhrənigah
Cümlə "əhsəntü!" deyəllər, belə insan olumu?

Ey qərari-dilü canü və həm arami-könül,
Yenə çak oldu ləbin şövqi ilə ğönçeyi-gül,
Sındı meyxanədə tab eyləməyib...
Saqiyi-cami-ələstə dedim: ey layəqil,
İki badami-siyah göz belə məstan olumu.

Nari-nəmrüd güli-arizinin gümrahi,
Xülqi rövşən eləyən bəzmi-xəlilüllahi,
Haşimi xalı demə, cıqqeyi-şahənşahi,
Zakirin canın alan zülmü sitəm agahi,
Bir belə ruhi-rəvan, afəti-dövran olumu?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info