Qonaq Kitabı
Aman fələk, aman mürvət günüdü

 

Aman fələk, aman mürvət günüdü
Ayrı düşdüm nazlı yardan, ay mədəd
Mən bülbülün xəzan oldu baharı
Gül də qaldı arzumandan ay mədəd.

Ağ üzünə siyah zülfü düzeydim,
Əl uzadıb yaxa bəndin üzeydim,
hayıf ola, bir qol-boyun gəzeydim
Dolanaydım sağü soldan, ay mədəd.

Tuti kimi bir doymadım dilindən,
Şəkkər əmib bir quçmadım belindən,
Zakir deyər çərxi-fələk əlindən
Qərib eldə ağlaram qan, ay mədəd.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info