Qonaq Kitabı
Qəmər şəqqə urmuş tel arasından

 

Qəmər şəqqə urmuş tel arasından,
Ziya salmış zənəxdanın üstünə.
Müjganın sayəsi qanlar yağdırır
İki ləli-bədəxşanın üstünə.

Çəkdi zülfün kəməndi çərxi damə,
Qiyamət göstərir sübh ilə şamə,
Gördü ləbin yetdi yəhyil-izamə,
Xızır gəldi Məsihanın üstünə.

Dütası müsəlsəl ənbərin geysu,
Çeşmi sərxoş baxar misali-ahu.
Ğəmzeyi-cəlladi, mərkəbi-hindu
Çəkər zülfi-pərişanın üstünə.

Çəkdi ləşkər gəldi ğəmzən sərdarı,
Bildi ki, bikəsdir, yoxdu ğəmxarı.
Hicran ələmdarı, ğüssə çaparı,
Gəldi Zakir binəvanın üstünə.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info