Qonaq Kitabı
Gəldi bir baqi süvar

 

Gəldi bir baqi süvar,
Bağban, sən baği suvar.
Gül dəftərin bükübdür,
Bülbülün baqisi var.

Gəldi bir yaxşı süvar,
Gir bağa yaxşı suvar:
Aləmin malü mülkü,
Aşiqin Yaxşısı var.

Yorğanında birə var,
İki qumuq, bir avar.
Rüstəmi-zal olasan,
Fələk səni bir ovar.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info