Qonaq Kitabı
Aşiq o yağiləndir

 

Aşiq o yağiləndir,
Piltə o yağ iləndir.
Vəhdəhu la şərikin
Lütfü oyağ iləndir.

Aşiqəm gör dügünü,
Ay doğdu, gördü günü.
Cənnətdə görməz aşiq
Qoynunda gördügünü.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info