Qonaq Kitabı
SALARƏ

 

Mirzə Hüseyn, bir kəs ola vərşikəst,
Çox adamlar alır ayaq üstünə.
O ki, Kərbəlayi bu binəvanın
Çökübdü diz özgə səyaq üstünə.

Xındırıstan beş-on evdi kəsbkar,
Yerli tayifəsi ağaçdan qorxar;
Bəyin tatü türkü; təmam nə ki, var
Çəkər fəqirlərin çomaq, üstünə.

Fəthü nüsrət deyil müşəxxəs hələ,
İt uşağı qoyub börkünü dələ;
Hərə bir dəyənək götürüb ələ,
Sanasan sağ gəlir naçaq üstünə.

Bəy hər nə danışsa, danışır döşdən,
Koroğlu tək beşdən, ondan, on beşdən;
Xatircəm olubdu küllühüm işdən,
Gəlib neçə gündü dəmağ üstünə.

Dağın o yüzündə bir kəndi Rəbən,
Qaqarza, Üçoğlan mülki-müstəhsən.
Bir ovuc toprağə göz tikmişəm mən
Necə ki, quş qonar budağ üstüna.

Bu dünyanın malı dünyada qali,
Dövrü zaman deyil fitnədən xali.
Həştadə yetəndə kişinin sali
Gərək qoya dodaq-dodaq üstünə.

Azar duşüb camışıma, malıma,
Qan-yaş tökər görən kəslər halıma;
Fələk ğəm yükünü yığıb dalıma,
Bir zad qalmayıb ki, qoyaq üstünə.

Moruğdur hər yerdə dəvası dərdin,
Daruyi-şəfası ruxsari-zərdin,
Müşkülün həll olmaz, əgər namərdin
Tutasan sübhətən çiraq, ustünə.

Böyüklük yetənin ağzına gendi,
Tut damənin, o ki qədir biləndi,
Deyirlər Nəzrağa qövrə yetəndi,
Düşmüşəm tazədən sorağ üstünə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info