Qonaq Kitabı
ƏTA XANA

 

Mirzə Mehdi, bizim bəndəxanənin
Keçəsi dağılıb, keçə gərəkdir.
On dörd qalıb olsa kifayət eylər
Əgər xəbər alsan "neçə gərəkdir?"

Əta xandan əta deyil ki, uzaq,
Əmma bizə düşməyibdir ittifaq.
Alinəsəb adam yüz olsa uşaq,
Yaxşını, yamanı seçə gərəkdir.

Nisfin Qaraağacı, nisfin Xəsili
Versələr bilmərrə dəva kəsili.
Törəmədi qoyunların əsili
İldə iki yol gələ qoça gərəkdir.

İyirmi istildən salına möhkəm,
Yüz il yağış yağsa verməyə bir nəm,
Elə mərğub ola kim, görən adəm
Bəkrəsin içinə .... gərəkdir.

0 üzü, bu üzü sərasər həmvar,
Təpikçisi qoçaq, həllacı pərkar;
Ev sahibi ətdən, aşdan nə ki, var,
Tökə onlar yeyə, içə gərəkdir.

Səmərqəndi kağız kimi ağ ola,
Güzəmi pərqu tək yumuşaq ola,
Tikiləndə hazır bir otaq ola,
Şöhrəti fələkdən keçə gərəkdir.

Külfət çox olanda dərdisər artar,
Görərsən, hər biri bir yana dartar;
Qışda oturmağa, həqdi, damı var,
Sabah yaz olanda köçə gərəkdir.

Övrəti ölən tək tez almaqda zən
Əmin Salif bəydən keçərmişəm mən.
Üç-dörd oğul qayırmışam təzədən,
Ölüncə kişiyə beçə gərəkdir.

Keçən ildə çox mufsidü bədbina
Abuğun nəqlini eylədi bərpa;
Şükür həqqə, bu söz olmadı bərca,
El xayini çıxa puça gərəkdir.

Özü düşər, qaza hər kim ki, qarı,
Bəlalərə eylər müsəllət tarı.
Mən belə bilməzəm, neçin aqarı,
Hər kəs öz əkdiyin biçə gərəkdir.

Hamıdan ziyadə zülm oldu mənə,
Dövran bər-əksinə dolandı yenə;
Vəliyul-nəəmi ölən kimsənə
Ruhu bədənindən uça gərəkdir!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info