Qonaq Kitabı
MEHDİ BƏYƏ

 

Bəyi görmək mana deyil müyəssər,
Mənim əvəzimdə, filani, sən gör.
De kim, bu nə işdir, ey mərdi-məqul,
O əhdi, iqrarı yalanı sən gör.

Xəlq içində özün zahid göstərən,
Fasiqə, facirə nəsihət verən.
Naxunundan ğeyri iki ... görən
Zöhrəyə müştəri olanı sən gör.

Həq bilir ki, ustadıdır bəd karın,
………………zürrətin namusun, arın.
Əgər xan bağına düşsə güzarın,
Məryəmi……… talanı sən gör.

Kəmmali-kamiləm deyib özünə,
Bir əbləhi inandırıb sözünə.
O xəlvət xanədə Fatma gözünə
Səhər ertə milçə salanı sən gör.

İldə birin doğub, örtüb, çulluyan,
………….yeksər-zolluyan,
Hər atı görəndə…….. tulluyan,
Bir özü mil, qaşqa qulanı sən gör.

Rəviyyəşinas həm iş bilən olmuş,
Xanımlara, xatınlara tən olmuş,
Abırlı, həyalı mağıl zən olmuş,
Ərinin saqqalın yolanı sən gör.

Tərk edib vacibi fərzi-sünnəti,
Almayıb pəşminə heç məzəmməti,
Tanrı bilir, bu işlədən büdəti
Nə kürd eylər, nə də kolani sən gör.

Uçoğlanlı Səfər getsin dərinə,
Mən dolanım qoç iyidih sərinə;
Yolun düşsə Şəkərbəyli yerinə,
Həzərat saldığı bulanı sən gör.

Əmisinə eyləməyə nəsihət,
Qasimi incitmək sana nə nisbət.
Dövlətlidən dövlət, kordan bəsirət,
Çalar hər tərəfi ilanı sən gör.

Xan qızının bizə lütfü, nəzəri,
Sanırdı özünün canı, cikəri.
Bu yaz bəyə münsif olandan bəri
Özümü saldırım bəlanı sən gör.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info