Qonaq Kitabı
KNYAZ İLİKOYA

 

Əla, ey afitabi-bürci-müştaqi-vəfa knyaz!
Əla, ey dürri-bihəmtayi-dəryayi-səxa knyaz!

Məni hifz eylədin asibi-üdvandan, görüm, yarəb,
Səni hifz eyləsin asibi-dövrandan xuda, knyaz!

Mənim bu müşkülümü sən ki, qıldın lütf üzilə həll,
Səni heç müşkül işdə qoymasın müşkülgüşa, knyaz!

Səni qeydi-ğəmi-afaqdən qılsın rəha tari,
O iki novcəvanı qeyddən qıldın rəha, knyaz!

Bu piri-natəvanə ömr verdin tazədən əlhəq,
Nə qədri var ömrüm ömrünə qıllam dua, knyaz!

Mana tutdun bir iş ta var dünya qalacaq baqi,
Eşidənlər hamı kim, deyəcəklər, mərhəba, knyaz!

Qərabağ içrə bu karin salıbdır nur gün nisbət,
Həmişə bəxtin olsun gün kimi, ey məhliqa knyaz!

Kişi tutsun gərək bir iş ki, qalsın yadi-xeyr ondan,
Bu dünya fanidir, heç kimsəyə qılmaz vəfa, knyaz!

Səni heç nakəsü namərdə möhtac etməsin tari,
Şikəstə Zakirəm, zikrim budur sübhü məsa, knyaz!





 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info