Qonaq Kitabı
İBRAHİMBƏY AZƏRƏ

 

Ey kiramitər olan cismimdəki candan mana,
Bəlkə əqlü hüşü fəhmü dinü iymandan mana.

Bil, açan rüxsari-alındır tutulmuş könlümü,
Şadlıq üz verməz ol gülbərgi-xəndandan mana.

Babanam axır sənin, ey tifli-bimehrü vəfa,
Gah, gahi əl yetir dövlətli babandan mana.

Şükr-lillah, vardır bihədd arpa, buğdamız,
Leyk bir qədri dügi hər ildə al xandan mana.

Şiddəti-sərmadə bir kürk eyləsə bəzlü bərat,
Pirlikdə kargər düşməz soyut çəndai mana.

Dövlətindən alinin hökmü rəvaci-əsrdir,
Ayda bir bağlam həna yaz gəlsin ol yandan mana.

Payımı başdan çıxıb, ayağa tapşır, saxlasın,
Sibi-şirin, şahbalud gər gəlsə Şirvandan, mana.

Müxtəsər, bir neçə dəm gözlə məni sən bişü kəm,
Ənqərib olmuş köç etmək mülki-dövrandan mana.

Nəsli-İbrahim xan etmiş səni çün sərbülənd,
Ğalib olmuş zövqü şövqün hər iki yandan mana.

Azərim, xoşdur yəqin şamü səhər pərvanəvəş
Atəşi-mehrinlə yanmaq yüz gülüstandan mana.

Biz idik pərvərdeyi-nanü nəmək bir dövrdə,
İndi bir əngüşt verməzlər nəməkdandan mana.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info