Qonaq Kitabı
ƏLİ BƏY FULADOVA

 

Nədən azürdəsən, ruhi-rəvanım, bisəbəb məndən?
Bihəmdilləh ki, zahir olmayıb tərki-ədəb məndən.

Süxənçinlər sözünə mərdi-dana etibar etməz,
Sana təhqit lazımdır, desə bir zən-cələb məndən.

Qaçar məndən Əlilər, xah oğlum, xah damadım,
Sənin həm qaçmağın, cana, deyil hərgiz əcəb məndən!

Mənəm dərvişi-nikəndkş kim, əyyami-ömrümdə
Xuda agahdır, bir kimsəyə dəyməz təəb məndən.

Səri-karı mənimlə kimsənin yox əhli-aləmdən,
Məgər-rəncidədir nahəq iki alinəsəb məndən.

Bu adətdir-ğənilər mülkü cah ənam edər xəlqə,
Nə kari-büləcəbdir gör edər bunlar tələb məndən?

Əziza, zərrəcə yox etibarım xiyşü əqvamə,
Ərəbdən olmazam haşa, əgər olsa ərəb məndən.

Görüb eybeyləmə bu şairin nəzmi-pərişanın,
Pərişanxatirəm, umma kəlami-müntəxəb məndən.

Şikəstə Zakirəm, xovf etməzəm mən şərri-ədadən,
Nə qədri zud rənc olsa, keçər əhli-ğəzəb məndən.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info