Qonaq Kitabı
XURŞİDBANUYA - 2

 

Xəbər alsan bu vilanın əhvalın,
Böylədir keyfiyyət, mənim əzizim.
Tezlik ilə əgər əncam etməsən
Keçər vəqti-fürsət, mənim əzizim.

Toyun tədarükü cümlə mühəyya,
Sazəndə, bazəndə bütün cabəca.
Məəttəl qalacaq yəqin bil, əmma
Xan verməsə rüsxət, mənim əzizim.

Hər nə ki, eylərəm peşkəş, pəyəndaz,.
Məhəlgüzar olub heç birin almaz.
Gümanım var edə ol bəndənəvaz
Gər at olsa, rəğbət, mənim əzizim.

Kari-xeyrə əlac olmasa səndən,
Dəxi indən belə iş keçib məndən.
Bir ərəbi-bədəy gəlib-gedəndən
Göndər, əlbət-əlbət, mənim əzizim.

Bir uzun ağızlı, bir nər dodaqlı,
Bir ahu baxışlı, qarğı qulaqlı,
Bir ceyran paçalı, bir top dırnaqlı,
Tapıla bu babət, mənim əzizim.

Ey dilbəri-birəhmü sitəmkarü cəfakiş,
Səndə bu nə adət?
Bir kərrə deməzsən ki, filani bizə gəlmiş,
Lazımdı ziyafət.

Hər yetən ilə ülfət edib, özünü qılma
Bədnam cahanda.
Yaxşı dögi tapılsa gözəllərdə belə iş,
Etmə səd əmanət!

Biganələrin kuyinə getmə ki, olursan
Axırda peşiman.
Sən bil ki, kəminində sənin çoxdu bədəndiş,
Cuyəndeyi-fürsət.

Müddətdi dərindən bizi avarə salıbsan,
İnsaf deyil bu.
Aldı məni ənduhü rəmü möhnətü təşviş,
Bir eylə mürüvvət.

Məşuqə gərəkdir çəkə dərdü ğəmi-aşiq,
Bir yar ki, Zakir,
Dildadəsinə eyləməyə rəhm kəmü biş,
Əcdadına lənət!




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info