Qonaq Kitabı
TƏBİBLƏRİ HƏCV

 

(Mehdiqulu xana)

Mənə buyurmuşdun: Qələyə gəlsin,
Yenə cuşə gəlib bəhri-iltifat.
Sənin mərhəmətin, mənim ixlasım
Mehri-münəvvər tək aləmə isbat.

Qalmışam aranda müddəti-mürur,
Təbiətə səfra eyləyibdir zur;
İstər idim olam azimi-hüzur,
Naxoşam, hərəkət eyləyib ixlat.

Bağır oğlu Məmməd, Məşədi Hacı,
Əliqulu, Müqim sərimin tacı .
Hər mərizə eyləsələr əlacı,
Ehtiyatın görün, tez olur məmat.

Tiryak yedirirlər, hər kim olsa dıqq,
heyzədən aldırır xuni-basəliq.
Yenə bu hal ilə o qövmi-zındıq
Özlərin sanırlar Ərəstu, Bokrat.

Falicə verirlər qürsi-təbaşir,
Müstəsqiyə abi-kasni, ma-şəir;
Mərizin mərəzi yəni çəkə dir,
Sahibin çapalar üç qatü dörd qat.

Nüsxeyi-tibbdə şeş oxur "Şişi",
Məlamətdən yoxdur ğəmü təşvişi;
Təşxisi-mərəzdə həmin danişi
Budur ki, canı var, tərləsə mirat.

Təbiəti-harrə xalis əngəbin,
Qabizə süfurü yəhuda, darçin,
Bəlqəmi-mizacə tüxmi-xiyarin
Münasib bilirlər daimül-övqat.

Mərizin üstünə yetişən məhəl,
Dərviş Gəlbi hazır olur əlbəəl;
Qədəmlərin guya katibi-əcəl
Yazıbdır baisi-movtü münacat.

Fisqləri zahir manəndi-günəş,
Həq bilir sözümdə yoxdu ğəllü ğəş;
Yolları hər yerə düşsə sayəvəş,
Yanlarınca gedər "əyyühəssəlat!".

Gah görürsən bir-birilə tapışır,
Gah atlanıb hər tərəfə çapışır;
Lənü tən bunlara elə yapışır,
Necə ali-Məhəmmədə-sələvat.

Qələnin adamı yetdi yarıya,
Necə-ki, qoyuna ac qurd darıya;
Az çəkər ki, məzar dəgər barıya,
Bu növ ilə eyləsələr hərəkat.

Vilayətə salıbdılar şur-şeyn,
Şərbət tək içirlər dəmül-əxəveyn;
Bunların yanında qatili-hüseyn
Zimmədən bəridir ruzi-ərəsat.

Bir kimsəyə ariz olaxədəmə,
Baxmazlar fəqirə, yoxsula, kəmə,
Qədəm götürməzlər, həqqül-qədəmə
Ya on tümən pul gərəkdir, ya bir at.

İmalədə yədi-beyzaları var,
Həqq üçün bir ondan başları çıxar;
Mərəzi-digərdə, inanma zinhar,
Vüqufları ola, heyhat, heyhat!..

Sən gör necə xərab olub zəmanə,
Çəmənli Çəfər də mərdü mərdanə,
O da təbib olub, girib meydanə,
Çölün cəngəlindən yığıbdı qat-qat.

Otuz il laəqəl gedib qoyuna,
Bilfel çobandır, baxsan boyuna;
Dağılmışda xub, düşmüşük oyuna,
Yetən olmadımı əhli-kəramat?!

O ki, İsmailin saf azıb vazı,
Gah yerdə qılar ölü namazı,
Gah tapıb özü tək bir annamazı,
İşə qoyar xah türkü xah tat,

Təsəllütü yoxdur "Töhfəyə" əsla,
Bilməz nədir "Qarabadın" mütləqa;
Ağızdan-ağıza öyrənib əmma
"Tibbi-Yusifidən" bir neçə əbyat.

"Gərək bu cahandan eyləmək həzər,
Öz yerində deyil çünki xeyrü şər".
Nə təbib, nə alim, Zakir, müxtəsər,
Axtarsan yoxdu bir niksifat.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info