Qonaq Kitabı
MÜŞAİRƏ

 

M u s t a f a b ə y:

Qasima, həqqə ibadət elə, bu çam nədir?
Kimdü məşhuri-cahan ol, belə bədnam nədir?
Qalmışam mat, mənə tez de, cəvabini görüm,
Həfteyi-mahi-məhərrəmdə bu bayram nədir?

Q a s ı m b ə y:

Mustəfa bəy, bizə yazmaq belə eyham nədir?
Mən nəyəm, saqi nədir, badeyi-gülfam nədir?
Hörməti-mahi-məhərrəm sənə gər lazım isə,
Naqara, dəf vuruban oynamaq axşam nədir?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info