Qonaq Kitabı
VƏSFİ-HAL

 

Yaran, mənimlə baziyi-çərxi-xərifə bax!
Mən natəvanə eylə nəzarə, hərifə bax!

Dərdü ğəmi-fəraqı töküb yeksər üstümə,
Bari-giranı gör, məni-pirü zəifə bax!

Yetmiş yaşında der mana inkari-eşq qıl,
Ol bihəyadən üz verən əmri-xəfifə bax!

Yandırdı cismü canımı ol nari-qəhrinə,
Əxlaqı zişt, tərzü ədası kəsifə bax!

Verdi təmam ğarətə bir kəndi bigünah,
Əhlü əyalə qalmadı bir zərrə cifə, bax!

Yaxşı yerin yaman tutar - ayini-dəhrdir,
Olmuş cəmi-ali-Xəlilə xəlifə, bax!

Bir nəfs qalmayıb ona bir niş vurmasın,
İstər sala gədalığa fitə, qədifə, bax!

Doyrana gər yolun duşə, ğeyrət gözün açıb,
Tiği-sitəmlə qanə bələnmiş zəifə bax!

Diki-dəruni kureyi-"həl min məzid"dir,
Məndən betər əlilü zəlilü nəhifə bax!

Qurtar üzündən əhli-Qərabağın, ey könül!
Get sorzəmini-Bakidə bir qədr keyfə bax!

Səngi-sitəmdən olmadın eymən bu Şişədə,
Eylə səfər Şamaxiyə, şəhri-lətifə bax!

Qəvvasi-təb bəhri-bəla içrə ğərq ikən,
Şorhi-ğəmi-dirazəvü kutəh rədifə bax!

Olsa həyat baqi, gələr dalı dəmbədəm,
Yazdım bu babdə bir əcaib lətifə, bax!

Zakir kəsib əlaqə qamu zihəyatdən,
Ol həyyü layəmutdən istə vəzifə, bax!





 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info