Qonaq Kitabı
ZƏMANƏNİN TƏNQİDİ

 

Ey xudavəndi-cəhan, aləmi-əsrari-xəfi,
Bu nə kavuşü nə qovğavü nə cəngü nə cədəl?

Xəlqi-aləm həmə bədkarü dilazarü bəxil,
Nəsli-adəm həmə bədtinətü pürməkrü dəqəl.

Əsr bir əsrdi kim, gürbə verir şirə təkan,
Dövr bir dövrdü kim, gürgə edər həmlə həməl.

Eybinə yox mütənəbbeh olan adəm, hərgiz,
Çarə oldur ki, bu əhvalə yenə gəzdirəm əl.

Münşii-təbə səzavari-süxən kimdi, - dedim,
Söylədi: məzləmeyi-mollanı yazmaq əfzəl.

Ruzü şəb mədrəsədə ğeybətü böhtanü düruğ,
Müttəsil məhkəmədə söhbətü əşarü ğəzəl.

Üləma talibi-arayişi-ətfalü əyal,
Füqəha rağibi-zinü nəmədü əsbü kütəl.

Azışıb gör necə ol jindəqəba mollalər,
Bəhri-puşak zənə imdi bəyənməz məxməl.

Tən edər ətləsi-gərdunə sərapərdələri,
Buriya görməz idi xanələri mundan əzəl.

Cəm edib hər biri bir müft xəvaninlər tək
Bir kapal at, içi leyk çoxu sarı təpəl.

Ol ki, doşabə məkəsvar urardı özunü,
Haliya təlx edər ovqatimi, ver şəhdi-əsəl.

Al, yaşıl, zərdü siyəh, düxtəri-diba mövcud,
Yoxdu bir kəsrü kəmi heç birinin ğeyr əz əməl.

Alimi-biəmələ pəndü nəsihət netsin,
Muryanə yesə pirahəni tutmaz seyqəl.

Xah bəd, xah niku, xaliqi bilsin, bizə nə,
Biçər öz əkdiyini hər kişi həngami-məhəl.

Yol gedər molla ğəmi kari-vilayat hələ,
Neçə ildən bəri bir növ olubdur müxtəl.

Gələ gər Həzrəti-Sahib deyə yüz vəzü dəlil,
Yox gümanım ki, qəbul eyləyə işlər feysəl.

Aparıb oğru payızdan bəri Xızrıstandan ;
On öküz, doqquz inək, yeddi camış, dörd-beş kəl.

Mən ki, peyğəmbəri-namürsəliyəm bu xəlqin,
Şümr tək qanın içər gəlsə Nəbiyyi-Mürsəl.

Rəsmdi bundan əzəl - düzd gəzərdi gizlin,
İndi mal sahibinə der ki: "gedək murova, gəl!".

Tutasan otuz iki at başı iyirmi-dörddə,
Göstərir arizinə……………. zasdatəl.

Nəçidi məmləkəti çala, çapa dana-doluq,
Əhli-divan ona hərgah desə kim, dincəl.

Qarabağdan, tarı şahiddi, bu il Zərdabə
Sağ başın tükü sanı at-mal aparıbdı keçəl.

Özgə yer mərdümu haşa gəzə bilsin kolda,
Aləm-aşkar özümüzdəndi təmamən əngəl.

Çarpa oğrusunun səhldi əncami yenə,
Mərdümi-şəhr kimi görsə deyər: "bircə çöməl".

Elə ki, bənd elədi………, allahə pənah,
And içər hər kəsə yüz gəz ələ alıb heykəl.

Şöhreyi-şəhr idi taətdə Əbazər, Miqdad,
Qıl nəzər Şişə bazarında nədir gör ki, əməl.

Sürçüdür arşını fərzəidi-nəhan əhyana,
Muştəri görsə açar başına yüz qalü məqəl.

Nə bir anlar şərəfi-and təvafi-Kəbə,
Həmə kəcbəhs, dilazar, xətadidə dəğəl.

Küllühüm zahiri xoş, batini bəd, qəlbi qara,
Şalı əlvan,donu rəngin, saçı, saqqalı gözəl.

Yaza bilməz oların eybini ta ruzi-əbəd,
Abi-Ceyhun -- murəkkəb, qələm olsa -- cəngəl.

Yetdi növbət ümərayə, işim oldu müşkül,
Ehtiyat eyləməsəm müşkülu eylərdim həll.

Tutmayıb pəndi-xirədmənd, məni damə salır,
Bu kəsilmiş dilə, hərçənd, deyirlər dincəl.

Neyləsin dil, necə qan ağlamasın gözlərimiz,
Hakimi-şəhr ola hər həftədə bir müstəməl.

Nə gəlir durquza, nə öldürüb azad qıla,
Yetimi, bil, qoyacaq halı pərişan, mətəl.

Yazıq ol kim, düşə kari dəri-mücməlkarə,
Nə qədər var həyatın, deyəcəkdir: "Get, gəl".

Necə kim, verməmisən seyri-qəmərdən razi,
Eylə ki, aldığını aldı zühəl tək tənbəl

Bazigərlikdə əcaib yədi-beyzaləri var,
Etməmiş mat, iki tir vurar əl-ba-əl.

Gəzəsən aləmi haşa tapıla bunlar tək,
Özləri bisərü pa, işləri cümlə təl-təl.

Ey şəhənşahi-ümurati-cahan, eylə zühur,
Ənqəribdir yetişə şnşeyi-namusə xələl

Bəs ki, kəc başını tutmuş fələki-süflənəvaz,
Qorxum oldur, sata əlayə təhəkküm-əsfəl.

Belə ki, rövnəqi-nəzmi pozulubdur xəlqin,
Sağ əli başıma, xub getdi Camal, Adıgözəl.

Dərd çox, bar giran, qövrə yetən yox, ya rəb,
Bizlərə səbr əta eylə və yainki əçəl.

Həçvu hədyan ilə övqat keçirdin, Zakir,
Qorx o gündən olasan ta bəəbəd zərbi-məsəl.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info