Qonaq Kitabı
ÜSULİ VƏ ŞEYXİ TƏRİQƏT MOLLALARIN HƏCVİ

 

Neçələr silsileyi-təbimə təhrik verir,
Rişteyi-nəzmə çəkəm yəni duri-ğəltani.

Budu xahişləri kim, baxmayıb ağu bozuna,
Eləyim həcv tamam bayu gədavu xani.

Neyləyim, mən qarışıb ....... bir şəkl ilə,
Pak qılmaz anı kər bağlayasan dəryani.

Verməsəm vusət əgər nəzmə, olur namərqub,
Eləsəm cumləsini şərh, duşər tulani.

Çarə oldur ki, yenə hər biridən bir şəmmə
Söyləyib ta ki, qılam həcv Əmiraslani.

Çünki ol fasiqü facir kimi həcvə layiq
Tapmaq olmaz, gəzəsən Gənçə, Şəki, Şirvani.

Qalsın, axırda onunla olunur xətmi-kəlam,
Fəsli-əvvəl danışaq məzləmeyi-mollani.

Ah, bu müftəxorun dad əlindən, səd dad!
Ki, salıblar necə gör məmləkətə qovğani.

Hərcu mərc eylədilər məzhəbi-isna-əşəri,
Etdilər ziru zəbər bargəhi-iymani

Hər əlif-ba oxuyan adını ruhani qoyub,
Bilməz öz əbcədini, ruha çəkər suhani.

Alimü fazilü ustad, müridü mürşid,
Nə qədər ki, görəsən dövrdə sərgərdani.

Həmə qovğaləri bəhri-dirəmü əqmişədir,
Həmə təqvaləri şali-əməli-Kirmani.

Vermərəm mən oların taəti-bibəhrəsinə,
Tarı şahiddir özü, məsiyəti-düzdani.

Yenə filcümlə üsul ilə Üsuli danışır,
O ki, Şeyxi saf elə dibdən urar baltani.

Etməyib şərmü həya göz görə Əbdüllahə
Elər isbat sərasər sifəti-sübhani.

Bişü kəm xaliqü məxluqdə bir fərq gərək,
Eləsən nik nəzər - bunda təfavüt hani?

Bir quru ismdən özgə dəxi həqqə nə qalır,
Lənət olsun sana, ey münkiri-həqq ruhani!

Bəs deyilmi olalar vasiteyi-külli-vücud,
Bəs deyil məzhəri-feyzü kərəmi-rəbbani?

Bəs deyilmi olalar şafeyi-ruzi-ərəsat,
Bəs deyilmi səbəbi-fəthi-dəri-rizvani?

Nə rəvadır ki, dəxi bir də edək həqqə şərik,
Biz imami, necə kim, ermənilər İsani.

İki tarı yenə mümkündü süluk eyləyələr,
Gərək on dörd yerə bunlar bölələr dünyani.

Qasimi-rizq demək gər bu isə, şamü səhər
Şiri-yəzdan götürüb dəstinə paylar nani.

Bu dəni rütbə nə layiq o şəhi-kovneynə,
Haşa-lillah götürə mənsəbi-fərraşani,

Yoxsa qəsdin budu ki, ruzirəsan onlardır,
Sifəti-sanei müşküldü tapa insani.

Yoxdu bir ruzirəsan bari-xudadən ğeyri,
Odu murü mələxə rizq verən asani.

Mahiyi-bəhrə qılır qətreyi-barani ğiza,
Seyd edir bipərü balə məkəsi-pərrani.

Müşrikü mürtədü mərdudü nəsaravü yəhud,
Vəqfdir cümləyə xani-kərəmü ehsani,

Doğrudur, raziqü mühyiyyü mümitdən ğeyri
Hər sifət kim, deyələr var sifəti-imkani.

Bir deyən yoxdu ki, ey asiyi-dərgahi-ilah,
Bir xəyal eylə ki, kimdir dediyin böhtani!

Gedəcək duxəzə, bişübhə, o mevla həqqi,
Xaliqi-movtü həyat kim bilə ol mövlani.

Həm dəxi bir də deyirlər ki, Rəsulun Cibril
Batinindən gətirir zahirinə qurani

Belə gər olsa, cəmii-şüəra mürsəldir
Ki, yazıb hər biri bir cild, iki cild inşani.

Onların da yenə vardır neçə ülül-əzmi
Ənvəri Sə'diyu Cami dəxi həm Xaqani.

Mən də peyğəmbəri-namürsəliyəm Kolbasanın,
Ümmətim Tanyaqü Külqışlaqü Xızrıstani.

Tutuban rahi-digər xarici olmaq yeydir,
Bu isə tövrü təriqü rəhi-müslimani.

Bilməzəm hiç nə vəch ilə bu laməzhəblər
Bəhs edirlər ki, mükəlləfdi qamu əşyani.

Əqldir rəhbəri-nikü bədü həqqü batil,
Şeyə ki, verməyib ani, necə tapsın ani?

Tifl ta baliğ olunca ona yoxdur təklif,
Nə dəlil ilə mükəlləf biləsən heyvani?!

Gəllədən gər xəbər alsan ki, de, rəbbin kimdir,
Göstərər ciddü yəqin ilə sana çubani.

Bəndəsindən nə təvəqqö elə rəbbin ki, özü
Xəri-barikəşi-biçarəsinə…………

Küfrdür qabili-təsbihi-təala bilmək,
Fəzleyi-xəlqi yeyən saqsağanı, qarğani.

Aşiqin taəti məşuqə səzavar gərək,
Bixirədlər nə bilir rəsmü rəhi-fərmani?

Belə məhbubə ki, əhbabdə yox tabü təvan,
Qoymaz ortayə onunla rəvişi-peymani.

Zihəyata, tutalım, cəhl ilə isbat etdin,
Var oların da dedin hissü şüurü cani.

Elə insaf, nəbatat, cəmadat, gözüm,
Kim inanır ki, tapa mərifəti-yəzdani?

Cümləsin bari-xuda növi-bəşərdən ötrü
Xəlq edib, hər biri bir dərdin ola dərmani,

İns ilə cinnədi təklifi-xudavəndi-cəlil,
Üləma, eylə ki, təfsir qılır fürqani.

Bu nə qovğa, bu nə kavuş, məgər görməmisən
Oxunan vəqtdə sən surəyi-Ərrəhmani?

Şeyxi şəyyaddi hərçənd, üsulidə də həm
Yoxdu bir mu qədəri mərfəti-insani.

Cümlə bədkarü dilazarü mühilü kəzzab,
Cümlə bidinü süxənçinü şərarət kani.

Əllərində hamının səbheyi-səddanələri,
Dillərində hamının şamü səhər yalani,

Bilə ya bilməyə bir yaxşı ziyafət eylə,
Sal samavarə odu, dövrə gətir fincani.

Bir içim çay ilə yüz şahidi-bidin tapılır,
Necə kim, Əli bəyin çıxdı göyə əfqani

Cəfəri-kar ki, eşitməz, çalalar, zurna səsin,
Der imiş mən hamıdan yaxşı eşitdim ani.

Yeddi gündən sora bir şəxs Dızaqdan yetişib,
Qaziyi-şəhr yazıbdır biri də filani.

Eşidiblər ki, olur şahidi-şiə məqbul,
Bağlayıb uzun hüseynəli dəri-dükkani.

Həzrəti-qaziyə yanındakı Ağa Novruz
Eyləyib hər biri bir tərz münasibxani.

Biri bəqqali-bədəfalü kəlambazü füzul,
Biri əhli-zələmə zadeyi-Şəkkərbani.

Belə şahidlər ilə hər kəsə deyn olsa sübut,
Kişi neylər dəxi rəncü təəbi-kimyani?

Hər kimin var isə həmmami edər qərzin əda,
Bari bizlər kimiyə atmayalar behtani.

Tümən oğlu Nuru netsin ona, ya özgə vəkil,
Əhli-Təbriz təfənnündə ……… şeytani.

Yox məzəmmət yeri bu babdə hərgiz Əlidə,
Rindi-şəhr ola özü əsli ola Məmqani.

Hər nə oldisə ona qazidən oldu, əlhəq,
Var idi çünki onunla kədəri-pünhani.

Pəmbeyi-eyşini verdi yelə ol bədbəxtin,
Saldı bir dərdə ki, heç nüsxədə yox dərmani

Yazdı biməksü təvəqqüf iki saətdə həmin
Surəti-şəri həzarü du sədü tumani.

Şərtdir şər hüzurunda rəhü rəsmi-ədəb,
Nə ki, sərkub oluna bir tərəfin əqrani.

Molla, nə molla, əsiri-şikəmi-əndər-piç,
Qazi, nə qazi ki, siyr olmaz içə ümmani.

Filhəqiqə, mən onun müxlisi-dirinəsiyəm,
Leyk doğru deməyin şərdə yox isyani.

Doğruluq qalmayıb əsla bu fəna aləmdə,
Sərnigun ola, görüm, beylə yaman dövrani.

İstər idim dəxi də nəzmə verim tul, vəli,
Dil dedi: "ömr keçib, qət elə bu hədyani".

Əmir Əslanə gərək dəftəri-digər yazıla,
Çünki ol bədəməlin ğeyr gərək dastani.

Yaxşı həcv eylər idi bu dəmin adəmlərini
Sağ gər olsa idi indi ol İbni-Cani.

Rişteyi-təbimə yox tab verən, çərx əfsus
Eləyib xak ilə yeksan qədi-Babani!

Getdi həmdərdlərim, bisərü saman qaldım,
Bu ribati-kühənin yoxdu sərü samani.

Dəmi-rehlətdi, kenül, bari-iqamət açma,
Mizban xar tutar dir köçən mehmani.

Keçdi həzyan ilə övqat bağışla, yarəb,
Bə-həqi-ali-Əli cürmi-məni-pirani.

Nəçidir maliki-rizvan üzünə açmaya dər,
Ola hər kimsənənin əldə onun fərmani.

Zakiri-rusiyəhəm, gərçi günahım çoxdur,
Var dəstimdə, vəli, Ali-Nəbi damani.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info