Qonaq Kitabı
QƏZƏLİ-MÜNASİB

 

Pabəstə görən zülfü pərişan necə olmaz?
İstər ola dizanbəyi divanəcə olmaz.

Rəsmi-rəvişi-çərx budur, Müştəri, Bəhram
Bürci-Şərəf içrə məhi-tabanəcə olmaz.

Hərçənd Məsihin yeridir ,ərşi-müəlla,
Heyran belə bir afəti-dövranəcə olmaz.

İyman evidir kəbeyi-kuyi o nigarın,
Məmmədqulunun rəğbəti iymanəcə olmaz.

Patəxti-hükumətdə otursun yüz Ağa bəy,
Möhtac o Bilqeysə Süleyman necə olmaz?

Bəzm içrə diləfruz ola gər şəmi-cəmali,
Bu əsr cəmali ona pərvanəcə olmaz.

Gər çeşmi-xum-arın görə dilmanc Nəsir bəy,
Dili dutulub valehü məstanəcə olmaz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info