Qonaq Kitabı
DİVANBƏYİLƏRİ HƏCV

 

Səndən ayrılandan sonra, Nəsir bəg!
İstədim qayıram bir nəzmi-göyçək.

Cövlanə kətirəm təb tövsənin,
Seyr edəm meydanın uzunun, enin.

Çəkiləm bir küncə, əlimdə qələm,
Divanbəgilərə bir həcv deyəm.

Deyəm: bu ehmalın nədir səbəbi?
Neçün işlədirsiz bu büləcəbi?

And veribdir sizə Sərdari-vala,
Gərəkdir ki, etməyəsiz heç riya.

Bir kəsin bir kəsdə gər həqqi ola,
Yetirib həqqinə, tez salın yola.

Çünki nə muddətdi ərzə vermişəm,
Yüz dəfə özüm də ərz eyləmişəm.

Sən də ki, dönübsən Əmiraslana,
Çıxmazsan oradan dəxi bir yana.

Gecədəndən bir zabuska yeyərsən,
Gəlib axşamadan dərdin deyərsən.

Mənim tək dərdinə olmaz bir çarə,
Axşam yenə qayıdarsan biçarə.

Qərəz, həcvin qoymuş idim binasın,
Qatam bir-birinə ədna-əlasın;

Bu barədə deyəm bir həcvi-məlih,
Tamamını qılam vaqifi-qəbih.

Əsnayi-süxəndə oldum xəbərdar
Kim, bu təğafuldə özgə cəhət var;

Təqazayi-sevda yadıma düşdü,
Əlaməti-qövğa yadıma düşdü.

Bildim ki, görən kəs o çeşmi-məsti,
Həlqeyi-zülfünün olur pabəsti.

Dami-geysulərə kiriftar olur,
Kəsilib taqəti biqərar olur;

Mənzumi-mücəyə eyləsə nigah,
Nizamdən düşər səfi-padişah.

O işvəvü o ğəmzəyi-bibədəl,
Əlbəttə ki, qatar divanə xələl.

Turreyi-mişkinin olan əsiri,
Harda görsə sərkub edər Nəsiri.

Valeh olan kimsə qaşları yayə,
Qasimin qismətin atar dəryayə.

Mundan imiş belə təğafuli-kar,
Zahirən ərzəmiz on ildə yatar;

Nə məlahət kanı işvədən düşər,
Bizim kimilərin nə işi aşar.

Sən də dəxi eylə bu üzri qəbul,
Divanbəyilərdən heç olma məlul!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info