Qonaq Kitabı
DƏVƏSİ İTƏN KƏS

 

Bir kişinin itmiş idi dəvəsi,
Axtaran zamanda tutub həvəsi
Könlü açıq, şadü xürrəm gəzərdi,
Tərənümə gəlib, gahi süzərdi.
Düçar oldu ona bir mərdi-aqil
Dedi: "nə fərəhdir divanə, cahil?
Dəvəsi güm olan gəzər mükəddər,
Təriqi-əqldən bərisən məgər?"
Dedi: "nə məcnunəm, nə də biarəm,
Daşn ol üzünə ümmidvarəm.
Əgər ki, tapılsa səadətimdi,
Tapılmasa gəl gör, qiyamətimdi".
Dedi: "bildim hələ dəxi biarsan,
Hərcayisən, biməzəsən, yassarsan".
Aqil gərək yeksan ola hər zaman,
Qoymaya qəlbinə yol tapa şeytan.
Nə öylə pərişan - şad ola düşmən,
Nə öylə bəşaşət - tən edə görən.
Çöllərdə bağırmaq xırs adətidi,
Xanədə ağlamaq zən sənətidi.
Hünərin əvvəli, - səbrü təhəmmül,
Taətin övlası - təkyə, təvəkkül.
Tövsənin bədəsli oynar, dingildər,
Yeriməz, yürüməz, ziyadə kişnər.
Məgər bu məzmunu oxumamışsan
Yazıblar şairi-təbi-müstəhsən:
Zi rəncü rahəti-geyti mənal ey dil, məşov xürrəm,
Ki ayini-cəhan gahi çinan, gahi çənin başəd.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info