Qonaq Kitabı
Ah, yüz min ah, dərvişü ğəni, mirü gəday

 

Ah, yüz min ah, dərvişü ğəni, mirü gəday,
Mutləqa bilməz nədir şəri-Nəbi, əmri-xuday,
Dillərində yox sifatın, kizbü böhtandan sivay,
Bir-birilə batini düşməndir, amma aşinay,
Şafei-ruzi-cəzadən olmaya bir çarə, vay!
Məsiyət əmrazına onlardı daruyi-şəfay.
Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!

Həqqə layiq heç birində görmədim felu əməl,
Dedilər ki, var, yoxdur, hər yana mən vurdum əl,
Zahiri xəlqin tiladır, batini simi-dəğəl,
Sövti-nayə tundrov, bangi-nəmazə kəmməhəl,
Mən kimi məcmuəsi şayisteyi-qüllabü ğəl,
Bu məta ilə hüzurə getmək olmaz mahəsəl,
Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!

Abi-ənguri məcalisdə oxur naseh həram,
Etməyin rəğbət ona kim, böylədir hökmi-kəlam,
Olmuşuq bu əmrinə tabe yekayek, bittəmam,
Xuni-məzlumi-cahandır şürbümüz əmma müdam,
Etməzik ikrah ondan xah xasü, xah am,
Bu nə dindir, bu nə məzhəb, ey şəhi-aliməqam,
Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!

Bəylərin rəyətlərə cövrü cəfadır sənəti,
Röyətin ağasına həm bəd duadır sənəti,
Ol təbibin xəstəyə mühlik dəvadır sənəti,
Bəzmdə layəstəvi xanın ğınadır sənəti,
Alimin şamü səhər reybü riyadır sənəti,
Sərbəsər bu əhli-əyyamın xətadır sənəti,
Ya Əli, səndən mədəd, ya bülsəhən, səndən həray!

Dərbədər düşmüş qələndər, dəmbədəm yahu çəkər,
Döndərib üz xəlqə vaiz mənbərə pəhlu çəkər,
Xüdnümalıqdandır ol kim, göz-süzər, əbru çəkər,
Qazinin tutmuş giribanın təmə hər su çəkər,
Çavuşan ta kuyi-Məşhəd ildə bir yol zu çəkər,
Mübtəladır hər biri min dərdə kim, qayğu çəkər,
Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!

Firqeyi-tüllabə, sanma, dərsi-qürandır ğərəz,
Sərfü nəhvə sərf edər ovqatın, iymandır ğərəz,
Şəkkü səhvi eyrənir, şərti-müsəlmandır ğərəz,
Həftə-həftə ac qalır, gülgəşti-rizvandır ğərəz.
Həq bilir ki, nanü həlva, şali-Kirmandır ğərəz,
Can üzər, zillət çəkər, fərmani-canandır ğərəz,
Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!

Ağlaya mahi-məhərrəmdə gərək vəhşü tüyur,
Hiç dildə olmaya zövqü səfa, eyşü sürur,
Qoşulur bir-birinə əlvati-biəqlü şüur,
Əldə payə, beldə xəncər, dildə heydər, sərdə şur,
Çeşmi-şəhvət birlə hər kəs öz uşağın axtarur,
Əhli-şəhri-Lut tək həddən aşıb fisqü fücur,
Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!

Rəsmdir xəyyat miqraz işlədə, suzən tuta,
Mərddir hərçənd, amma kari-şüğli-zən tuta,
Əldə hər dəllak hünərvər tiği-müstəhsən tuta,
Çərməgi ta qollada sərrac, işin pürfən tuta,
Dəbi baqqalın tarazuyi-əsəl ruqən tuta,
Nə ki elm əhliylə hüccət hər yetən gövdən tuta,
Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!

Cöv satar gəndüm yerivə parə biinsaflər,
Müctəhidəm deb vurar xəlqin yanında laflər,
Dörd kənarın parçanın möhkəm toxur zərbaflər,
Göstərir xəlqə ğənəm surət özün əclaflər,
Əl aparsan surəti-reydir miyani-kaflər,
Bunda yoxdur, olsa da özgə viladə saflər,
Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!

Alilər ədlü-ədalətdən bəridir müxtəsər,
Dadixahın əcri latayildi gəh, gahi xətər,
Sər çəkiblər ovci-əflakə nəhayət bisəmər,
Gecə-gündüz başının üstündə tutsan çətri-zər,
Qədr, qiymətdə yenə səndən füzundur bəxyəgər,
Saxlaya şərrindən onların bizi xaliq məgər,
Ya Əli, səndən mədəd, ya bülhəsƏn, səndən həray!

Yox ünas əhlində bir zərrə həya, şərmü ədəb,
Xah ədnazadə, xahi məhvəşi-alinəsəb,
İşləri cəngü cədəldir bir-birilə ruzü şəb,
Göftgusi dərdü sər, nəzzarəsi rəncü təəb,
Şövhərin rüsva edər aləmdə bivəchü səbəb,
Eyləsin bu növ biismətlərə tanrı ğəzəb,
Ya Əli, səndən mədəd, yə bülhəsən, səndən həray!

Düxtəri-pakizələr bipərdə gəşti-dəşt edər,
Nə peyəmbərdən həya, nə taridən xovfü xətər,
Saxlamaz namusi-madər, gözləməz nəngi-pədər,
Qanda görsə bir səhiqəd qoşulub çöldən gedər,
Talmayıbdır dəhrdə əsla səyaqi-xeyrü şər,
Əlhəzər ha böylə dövrandan, həzaran əlhəzər!
Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!


Sərvqamətlər verir yüz ziybü ziynət hüsnünə,
Zülfi-pürçinin tökər hər ləhzə afət hüsnünə,
Cami-meydən artırır tabü təravət hüsnünə,
Mətləb oldur, növcavanlar edə rəğbət hüsnünə,
Qəddinə, əndamına, səd bar lənət hüsnünə!
Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!

Cifeyi-dünyayi-fani bir ərusi-dilfirib,
Göstərir ta hüsnü surət, kimsədə qalmaz şəkib,
Vay o gündən ki, qalam qəbr içrə tənhavü ğərib,
Məzrəi-əmal zaye, rusiyəh, zabit mühib,
Neməti-vəslin mana gər olmaya ol dəm nəsib,
Zəhrəçak eylər məni xovfi-xətər, ammən-qərib,
Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!

Zərbi-təyin şöləvər qılmış nübüvvət məşəlin
Eyləyib mənkuf ol həftad millət məşəlin,
Sənsən ancaq qaldıran əflakə nüsrət məşəlin,
Ruzəvü həccü cəhadü fərzi-sünnət məşəlin.
Qoyma ki, əldən düşə yeksər təriqət məşəlip,
Qəsdi dövranın keçirməkdir şəriət məşəlin,
Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!

Mənbəi-cudü kərəmsən, mədəni-fəzlü əta,
Qütbi-aləm, nöqteyi-pərgar, həm ərzüs-səma,
İbni-əmmi-Müstəfa, damadi-xətmi-ənbiya,
Rovzəyi-cənnət misalın, məlcəi-şahü gəda,
Olmasa səndən mədəd, əhvalıma səd ahü va,
Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!

Varmola, ya rəb, mənim tək hiç yerdə naxələf,
Tifl ikən ləhvü ləəblə eylədim ömrü tələf,
Düşdü axır başıma şuri-həvayi-çəngü dəf,
Xubrulər navüki-müjganına oldum hədəf,
Nəfsi-zalim bir tərəf, şeytani-məlun bir tərəf,
Olmuşam indi peşiman, ey şəHi-xaki-Nəcəf,
Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!

Sud verməz, Zakira, bu hərzəvü hədyan sana,
Taət üçün xəlq edib ol kim, veribdir can sana,
Göndərib təhdid ilə quran kimi fərman sana,
Gəlməsin əmri-xuda, şəri-Nəbi asan sana,
İçdirərlər ruzi-məhşər kasə-kasə qan sana,
Malü dövlətdən nolur, iyman gərək, iyman sana,
Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info