Qonaq Kitabı
Gözləyən kimsə, gözüm, həqqi deməz ay sana

 

Gözləyən kimsə, gözüm, həqqi deməz ay sana,
Nəçidir ay vəcahətdə ola tay sana!
Sən kimi, görüm onun çöhreyi-tabanımı var?
Xali-hindusumu var?
Zülfi-pərişanımı var?
Bir sarı rənglicədir əvvəli əyri "nun" tək,
Elə ki, keçdi iki-üç gün olur parə çörək.

Bəzi məclisdə qədin sərvü sənubər oxunur,
Tanrı bilsin ki, bu, saf, qamətinə şər oxunur.
Qamətin kimi onun afəti-dövranımı var?
Əzmi-cövlanımı var?
Seyri-xuramanımı var?
Bağ kənarında əgər bağiban ani tək-tək,
Mundan ötrü ki, kümə məsrəf olur tirü dirək.

Zülfünə sünbüli-tər kim ki, desə, ölməlidir,
Urula payına zəncir gərək kim, dəlidir.
Sünbülün səfheyi-rüxsar üzə dövranımı var?
Ənbər əfşanımı var?
Nəkhəti-rizvanımı var?
Bir ələfdir ki, yeyər daim onu atü eşək,
Əvvəli gahi-təbəh, axırı biqürb təzək
Müddəilər gözünə nərgisi-fəttan dedilər,
Kim inanır bu sözə, göz görə böhtan dedilər,
Nərgisin çeşmi-xumarın kimi məstanımı var?
Tiği-bürranımı var?
Navəki-müjganımı var?
Yaz olur, həqdi, bitər bir şeyə olmaz o gərək,
Əqli zad kəsməz uşaqlar yığar ani tək-tək.
Ağzını duş biri ğönçəyə nisbət söləmiş,
Heyf mən olmamışam, bu sözü xəlvət söləmiş.
Qönçənin ağzı nədir, ləfzi-dürəfşanımı var?
Ləli-meygunumu var?
Gövhəri-qəltanımı var?
Həmdəmi xar, özü bibəhrəvü həm ömrü gödək,
Dağılır hər vərəqi bir tərəfə bad əscək.

Nə rəvadır, labi-ləlin meyi-gülfam olsun.
Onu bədnam qılanlar özü bədnam olsun.
Ləli-nabın tək onun duzluca xəndanımı var?
Abi-heyvanımı var?
Dərdlərə dərmanımı var?
Əsli zatı bu ki, bir bistilik ənguri-tənək,
Quyşaq üzüm suyu, sərmənzili bir saxsı sənək.

Şikəmi-əbyəzinə kim ki, desə pərqudur,
Ğeyri-eşşək dəxi hacət deyil, eşşək budur.
Mundan ötrü qu bir ağ quşdu, adı-sanımı var?
Nafi-fincanımı var?
Höqqeyi-pünhanımı var?
Bir deyən yox ona: ey hərzəvü biməğzü dəbəng,
Nə münasib şikəmi-əbyəzə bir çəngə sümək.

Vurun ağzıma, desəm limu əgər püstanə,
Ol iki qübbeyi-nur, tazəvü tər püstanə.
Eyşü nuşində onun ləzzəti-ruhanımı var?
Səhni-meydanımı var?
Zövqi-firavanımı var?
Özü bədşəkl, ağızda təmi manəndeyi-zək,
Bir malın qiyməti olmaz kişi satsa yüz ətək.

Ziynəti-kuyini gərdunə bərabər deyənin,
Cırasan ağzını min guşəyə ol bədsüxənin
Ki, göyün, hərzə kişi, lölöi-mərcanımı var?
Düri-məknunumu var?
Ləli-Bədəxşanımı var?
Sanıb əncüm güvənir həqdi təhi - tasi-fələk,
Çərx miratına yerdəndi düşüb əksi-çiçək.

Qoyma kuyində-rəqib höccəti-bica tutsun,
Aşiqi-sadiqini bülbüli-şeyda tutsun.
Zakirin kimi onun sövti-qəzəlxanımı var?
Təbi-mövzunumu var?
Şeri-nümayanımı var?
Eşidən incir onun tərzi-nəvasın, bişək,
Şivəsi cənkü cədəl, naleyi-əfğanı kənək.





 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info