Qonaq Kitabı
Etdi Məcnun kimi şeyda məni bir Leylicəmal

 

Etdi Məcnun kimi şeyda məni bir Leylicəmal,
Türki-xəncərkeşü aşiqküşü pürşurişü qal,
Saldı səhralərə heyranü pərişanəhval,
Ğəmi-hicrində dili-zarə yox ümmidi-vüsal,
Səxt müşküldü günüm keçsə əgər bu minval.

Bərq urar zülfi ara mahi-münəvvər təki ru,
Haləvəş dairəsin sərbəsər almış geysu,
Çəkilib lövhi-cəbinində dü taqi-əbru,
Nə əcaib, nə qəraib, nə təmaşadır bu,
Kim görübdür ola bir ayda iki tazə hilal?

Çəkməyib katibi-qüdrət belə bir hüsni-həsən,
Lalə rux, kiprigi ox, qəmzəsi şux, qönçədəhən
Hər səri-muyi könül qeydinə bir dami-rəsən,
Müttəsil xaneyi-zənbur kimi çahi-zəğən
Dili-nalan ilə yeksər doludur mala-mal.

Gözləri türki-siyəh-məst, yaman gözdən iraq,
Əyilib yay qaşı, peyvəstə verir guşə qulaq,
Bədəni balişi-pərqu kimi nazik, yumuşaq,
Qoynudur Kəbə - ziyarətgəhi-xeyli-üşşaq.
Asılıbdır iki püstan ona qəndil misal.

Qəd səhi, zülf siyəh, sinə fərax, incə miyan,
Naf bir təxteyi-ac üzrə bilurin fincan,
İki zanuləri bişübhə sütuni-iyman,
Bir əcəb ğönçeyi-…… dü şax içrə əyan,
Yetdi nazik yerə iş zikri bəsi əmri-məhal.

Bərf üzrə peyi-ahuyi-xütəndir, bilmən,
Ya sədəf içrə əyan dürri-ədəndir, bilmən,
Gənci-simindir.., ləli-yəməndir, bilmən,
Yoxsa minqari-həzarani-çəməndir, bilmən,
Vardır ovsafi-sifatında onun çox əşkal.

Misli-şərayi-yəmani … … . pür ənvər,
Yəni aramgəhi-canü dili-əhli-nəzər,
Topuğu beyzeyi-nimpüxtə kimi tazəvü tər,
Zakira, nazik əuaq üzrə bəyaz əngüştlər
Gör olub rəngi-hənadan nə gözəl rəngin, al!




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info