Qonaq Kitabı
Saqiya, badeyi-gülguni gətir mala-mal!

 

Saqiya, badeyi-gülguni gətir mala-mal!
Etmə təxir, zərurətdə xətadır ehmal!
Ta ki, sərgərm oluban, eyləyim izhari-kamal,
Mən deyildim belə ləbbəstə, pərişanəhval,
Eyləmiş nitqimi bir tutiməqalın ğəmi lal.

Neçə müddətdi gözüm görməz o siməndamı,
Eyləyib xəstə ğəmi-hicri dili-nakamı,
Eşq sövdasının, əlbəttə, budur əncamı,
Ol cəfakar nigar ilə geçən əyyamı
Əsari-badə ilə, barı, bu gün yadıma sal

Ğərəzin gər budu xoşnud ola səndən əhbab,
Nə qədər var həyatın ələ al cami-şərab.
Hər iki aləm ara bil ki, odur fəthülbab,
Sanma kim, əcrini həq verməyə, ey xanəxərab!
Baxma zahid sözünə, eyləmə bihudə xəyal.

Ömrülərdir çəkərəm bir sənəmin bari-ğəmin,
Ruzü şəb dəğdəğeyi-məhnətü cövrü sitəmin,
Üzümü fərşi-rəh etdim bu təmannayə həmin,
İşləyib kövkəbi-tale, basa bəlkə qədəmin,
Ruşinas edə məni ol məhi-zərrinneal.

Dün səhər gördüm o sərməst edir meyli-şərab,
Artırıb hüsnü ziyasın dəxi də badeyi-nab,
Dedim: əhbab ilə qəsdin nədir, ey xanəxarab!
Əl-ayağın bu sifət rəngi-hənadəndi xizab,
Öldürüb aşiqi, ya nəşin edibsən pamal?

Xah əfv eylə mənim cürmümü, xah eylə ğəzəb,
Nə bilir aşiqi-şuridə nədir rəncü təəb,
Mən sənin valehü heyranınam, ey şirinləb!
Üzünə qarşı axa qanlı sirişkim nə əcəb,
Eydi-Novruz geyər cameyi-gülgun ətfal.

Ah, səd ah, məni aldı ğəmü suzü güdaz,
Çıxdı can həsrət ilə, gəlmədi ol mədəni-naz.
Eşq məqtuluna, ey şeyx, nə hacətdi nəmaz,
Qəbrimin daşına bu misrəi xoş xətt ilə yaz:
"Bigünah öldüdü bu Zakiri bir çeşmi ğəzal".




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info