Qonaq Kitabı
Bu gün ol şuxi-sitəmkarə rəqibdən yani

 

Bu gün ol şuxi-sitəmkarə rəqibdən yani
Qıldım izhar ğəmü dərdi-dili pünhani,
Nalə çəkdim, dedim: ey xublərin sultani,
Alıb aramımı ol ləli-ləbin hicrani,
Axar oldu gözümün şamü səhər al qani.

Rəsmdir aşiqi-miskini edər şad səba,
Günbəgün dərdü ğəmi-hicrdən azad səba,
Mən də umdum ki, qılır dərdimə imdad səba,
Bəs dedim müjdeyi-canan gətirib badi-səba,
Demə gətirmiş imiş qətlimizə fərmani.

Kim ki, güldü üzümə, mən onu canan bildim,
Əqlimi gör ki mənim can alanı can bildim,
Bivəfadır dedilər, onları böhtan bildim,
Mehrsiz mahlərin eşqini asan bildim,
Bilmədim təni-rəqib öldürümüş insani.

Bir tərəf mütribi-xoşxan oxuyur, çəng luqub,
Bir tərəf nayü dəfü bərbət ilə həng tutub,
Bir tərəf vaiz onu mən eləyir, cəng tutub,
İçərəm, saqi bu gün badeyi-gülrəng tutub,
Səhldir hər kişinin qalsa dana divani.

Ey könül, sərvəri-din Əhmədi-Muxtar keçib,
Babi-Xeybər dağıdan Heydəri-kərrar keçib,
Sərbəsər ali-Əli, rövnəqi-bazar keçib,
Yığ mətain ki, gözüm, əhli-xiridar keçib,
Yoxdu dünyayə vəfa, fərş eləmə dükkani.

Zakir, aldanma cahanə ki, səni vayə salır,
Göstərib hüsnü cəmal başını ğovğayə salır.
Görsə hər yerdə dənitəb ona sayə salır,
Xar edir, əhli-dili mehrini ədnayə salır,
İmtəhan eyləmişəm dönə-dönə dünyani.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info