Qonaq Kitabı
Ey ruhi-rəvan, sən gələli tazətər olmuş

 

Ey ruhi-rəvan, sən gələli tazətər olmuş
Dil gülşəni yeksər.
Nəxli-kuhəni-zəfi-bədən barvər olmuş,
Qıl bu sözə bavər
Xərmöhreyi-təbim neçə gündür gühər olmuş,
Simi-dəğəlim zər.
Əfsürdə vücudum yenə məddi-nəzər olmuş,
Çün mahi-münəvvər.
Dərdü ğəmü möhnət qaçıban dərbədər olmuş,
İşdən necə cakər.

Kəsmişdi təmənnayi-rüxün tabü təvanım,
Ehmal nə layiq?
Dostluqda gərək dust ola munisi-canım,
Mərdənəvü sadiq.
Bir mən deyiləm hüsnünə heyran, din-imanım!
Aləm sana aşiq.
Müştaqdı didarına çeşmi-nigəranım,
Ey yari-müvafiq!
Əlminnətü-lilləh, şəbi-hicran səhər olmuş,
Vəsl oldu müyəssər.

Səd şükr, cigər zəxminə pakizə mərahim,
Bəxş eylədi gərdun.
Əhvali-pərişanıma xoşnud olan adəm,
Oldu özü məhzun.
Bişübhə tərəqqi edəcək şimdi dəmadəm
Bu talei-meymun.

Tutmuşdu könül şəhrini çoxdan sipəhi-ğəm,
Yox bir nəfər əknun.
Guya olara fəthi-Əlidən xəbər olmuş,
Çün mərdümi-Xeybər.

Həmrəh sizə bir alinəsəb ərşədi-dövran,
Sərdəftəri-əyyam,
Haşa ola həmtası onun Rüstəmi-dəstan,
İbni xələfi-Sam.
Peyvəstə gəzər səhmi-xədəngilə hərasan,
Mirrix ilə Bəhram.
Ətvarı niku, xülqü gözəl, sahibi-ehsan,
Təskindəhi-islam.
Oldur səbəb ovsafi-kəmalı səmər olmuş,
Hər kim görə, istər

Şamildi tamam aləmə əltafi-şəhənşəh,
Yox feyzinə işkal.
Heyhat, ola mənzuri-nəzər hər yetən əbləh,
Bədkar, bədəfal.
Kim görsə, səzavar deyər dövlətə, billəh,
Polkovniki əlhal.
Zakir, nə ədalət, nə şücaətdi bu, pəh-pəh!
Mədh eylə məhü sal.
Şəhr əhli onun maili növi-digər olmuş,
Ey piri-süxənvər.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info