Qonaq Kitabı
Ey dil, yapış ol Əhmədi-Muxtar ətəyindən

 

Ey dil, yapış ol Əhmədi-Muxtar ətəyindən
Ta kim, nəfəsin var.
Səflər dağıdan Heydəri-Kərrar ətəyindən,
Rəmdən bizi qurtar.
Tut silsileyi-seyyidi-əbrar ətəyindən,
Onlardı dəhü çar.
Həftad dü tən yavərü ğəmxar ətəyindən,
Xoşxülq, xoşətvar.
Hər xeyr tökülsə, tökülür var ətəyindən,
Bil vazehü aşkar

Ta onbeşədək bilmədin əsla nədir ehkam,
"Tifləm",-dedin, ey dun
Müddət də dolandın arada sərxoşü sərsam,
Öz-özünə məmnun.
Əlbəttə, dedin: püxtə olar əllidə bu xam,
Keçdi o da əknun.
həştad yaxınlaşdı, görək hanı bəs əncam,
Etdin məni məğbun.
Harda tökəcəksən daşı idbar, ətəyindən,
Yox səndə məgər ar?!

Ovqati-əzizi keçidin ləhvü ləəblə,
Çəkdin bəsi zəhmət.
Tərtib verib məclisə biəsl nəsəblə,
İçdin meyi-ğəflət.
Bir dəm oturub-durmadın ərkanü ədəblə,
Bahörməti-taət.
İnsaf elə, ol qadiri-biçun nə səbəblə
Versin sana cənnət?!

Dünyadə tutan badeyi-gülnar ətəyindən
Üqbadə tapar nar.
Hər qanda ki, bir dilbəri-tənnaz eşitdin,
Xoş şəklü şəmayil.
Çox verdi sana pənd xirəd, sən az eşitdin,
Oldun ona mayil.
Daim süxəni-mərdümi-nasaz eşitdin,
Yox sən kimi zayil.
Məsciddəvü mənbərdə qışü yaz eşitdin,
Yüz vəzü dəlayil
Cümlə dedilər: əl götü bəd kar ətəyindən,
Lənət sana səd bar!

Bir kimsənə ki, naqis ola ruzi-əzəldən,
Gər yali ağarə;
Bir ləhzə mənim kimi usanmaz bəd əməldən,
Artar vara-varə.
Daim danışır badəvü məhbubü gözəldən
Bişüğl, bikarə.
Yox daneyi-ərzən qədəri şerü ğəzəldən,
Zakir, sana çarə.
Tut Ali-Əlinin genə naçar ətəyindən,
Fəryad elə, yalvar.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info