Qonaq Kitabı
Könül mürğü səri-zülfündə, ey gül, aşiyan tutmuş

 

Könül mürğü səri-zülfündə, ey gül, aşiyan tutmuş,
Əcəb naəmn mənzildə məkan ol natəvan tutmuş.

Edərlər əhli-dərdi qanda görsə rəhm mərdümlər,
Gözün mərdümləri tək kimdir ox çəkmiş, kəman tutmuş.

Olub huşyar bəzmi-badədən ol gün əyağ çəkdim
Ki, gördüm ləli-nabınla qılır dəva o qan tutmuş.

Dəhən sirrin eşitdim xürdədandır, ğönçədən sordum,
Dedilər: bilməzik, bu sirri həq bizdən nihan tutmuş.

Nə ğəflətdir bu səndə, ey sitəmgər, cövrü zülmündən
Sərasər yer üzün sövtü sədayi-əlaman tutmuş

Dolanır dövri-rüxsarında gərçi müflisi-eşqin,
Nə sud, ol gəncdən kim çevrəsin əfi ilan tutmuş.

Ğəmü möhnət yükün yoxdur cahanda çəkməyən, əmma
Şikəstə Zakirin çərxi-fələk barın giran tutmuş.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info