Qonaq Kitabı
Görənlər nərgisi-məstin, nigarım, öylə məst olmuş

 

Görənlər nərgisi-məstin, nigarım, öylə məst olmuş,
Çəkib səf dövri-çeşmində mücən tək paybəst olmuş.

O gündən ki, qaşın taqi olub taətgəhi-mərdüm,
Pozulmuş taqi-məstid, rövnəqi-minbər şikəst olmuş.

Nə xoş ülfət tutub zülfi-siyəh rüxsari-al ilə,
Təəccüb eylərəm, əfi gedib atəşpərəst olmuş.

Olubdur xanəyek əbrulər ilə mərdümi-çeşmin,
Nə mərdümlik, dəxi əyrilə ol kim, həmnişəst olmuş.

Səba şərh eyləmiş guya bu gün Hüsnü qədi vəsfin
Ki, gül pəcmürdələnmiş, qaməti-şümşad pəst olmuş,

Saqınma ki, çıxa sevdayi-eşqin ta əbəd sərdən,
Dilü can valehü heyran sana ruzi-ələst olmuş.

Nisari məqdəminçin can kimi nəqdi-rəvacım var,
İnanma gər desə əğyar Zakir təngdəst olmuş.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info