Qonaq Kitabı
Tökülmüş hər tərəf zülfi-siyahın mişkbulənmiş

 

Tökülmüş hər tərəf zülfi-siyahın mişkbulənmiş,
Pərişanlıq görüb badi-səbadən tündxulənmiş.

Əzəldən rütbeyi-mehrab degildi böylə xəlq içrə,
Qaşın taqinə ikram etmək ilə abrulənmiş.

Nə möcüzdür bu kim, bir kəs təkəllüm görməmiş ondan,
Düşüb dildən dilə vəsfi-dəhanın göftgulənmiş.

Fəzayi-hicrdə xari-sitəmdən parələnmiş dil,
Behəmdilləh kim, indi tari-zülfilə rüfulənmiş.

Edib bədməstlik bəzm əhlinə qan udduran badə,
Ləbi-lə'lin görüb axır xəcalətdən səbulənmiş.

Gətir təşrif, əziza, həsrətindən xəstəhal oldum,
Şikəstə Zakirəm, könlüm sana yen arizulənmiş.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info