Qonaq Kitabı
Ğeyr üşşatə edən rəhmi nigar etməz imiş

 

Ğeyr üşşatə edən rəhmi nigar etməz imiş,
Mütləqa sərzənişi-ğeyrdən ar etməz imiş.

Desələr ki, ğəmi-hicrində filan biçarə
Səxt rəncurdur, ol suyə güzar etməz imiş.

Əhdü peyman edərmiş, vəli, üşşaqi ilə
Ani-vahid sözünün üstə ğərar etməz imiş.

Bir düşən silsileyi-qeydinə gülçöhrələrin,
Bir də meylü həvəsi-zülfü üzar etməz imiş.

Mən dedim ahü fəğan eylər o mahə təsir,
Ah kim, ah pərivəşlərə kar etməz imiş.

Yadi-rüxsarı ilə əzmi-gülüstan etdim,
Seyri-gül dəfi-ğəmi-arizi-yar etməz imiş.

Kaş bədhalü bədətvar olaydın, Zakir,
Çünki hal əhli ilə dövr mədar etməz imiş.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info