Qonaq Kitabı
Fəsli-bahar gəldi, könül, künci-bağ tut

 

Fəsli-bahar gəldi, könül, künci-bağ tut,
Möhnət bizi ayaqladı, bir dəm əyağ tut.

Təsbih tarini neçə gün alma dəstinə,
Dəsti-lətifi-saqiyi-simin-saq tut.

Çək yanına sürahını təqvavü taəti,
Bilmərrə ta əvaxiri-şəban qıraq tut.

Tök cami-zərnigarə şəvəqgun badəni,
Yəni fəraq şamına rövşən çiraq tut.

Zar eyləmişdi xəlqi fəğanü nəvalərin,
Bir gəz özün də nayü nəvayə qulaq tut.

Hər kimsəyə öz adəticə ver şərabi-nab,
Növbət mana yetəndə, əzizim, çanaq tut.

Zakir, köç eylə, mənzili-məqsudə varid ol,
Dünyanı bir ribat, özünü bir qonaq tut.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info