Qonaq Kitabı
Çeşmi-məstin rəvişi-nərgisi-sirab aparır

 

Çeşmi-məstin rəvişi-nərgisi-sirab aparır,
Taqi-əbruylərin rövnəqi-mehrab aparır.

Qanlı göz yaşını qət etsə üzün şövqü, nola,
Bərgi-gül şəbnəmini mehri-cahantab aparır.

Mana derlər, çəkərək get səri-kuyinə onun,
Heç deməzlər ki, salıb boynuma qüllab aparır,

Mərdümi-didələrim hicr günü Nuh-asa
O qədər əşk tökər, aləmi seylab aparır.

Şamlər tişeyi-Fərhad salır dağə səda,
Bəstəri-nazdə Şirini şəkərxab aparır.

Dil tutuldu, rəhi-meyxanə tut, ey zahid kim,
Ğəmi sağər dağıdır, dərdi meyi-nab aparır.

Yarı derlər ki, gedir Zakirinə çarə edə,
Nuşdarunu öləndən sora Söhrab, aparır.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info