Qonaq Kitabı
Möcüzi-ləli-ləbin Həzrəti-İsa nə bilir?

 

Möcüzi-ləli-ləbin Həzrəti-İsa nə bilir?
Nazi-əndazəni Şirinü Züleyxa nə bilir?

Desələr kim, bilir əndazeyi-zülfün şanə,
Bavər etmə, elə pür-piçi sərapa nə bilir?

Ğönçədən sorma dəhan sirrini, yoxdur xəbəri,
Kuhü səhra çiçəyi elmi-müəmma nə bilir?

Bənzər ahuyi-Xətayə baxışı filcümlə,
Yoxsa tərzi-nigəhi nərgisi-şəhla nə bilir?

Zülfünün hər teli bir mari-siyah olsa əgər
Tutaram, aşiqi-sevdazədə pərva nə bilir?

Mülki-dil fəthinə, derlər ki, gəlir ləşkəri-hicr,
Gəlsə də ğəmzeyi-qatil kimi yəğma nə bilir?

Zahirən, Zakiri-dilxəstədən öyrənmiş ola,
Yoxsa, ahəngi-nəva bülbüli-şeyda nə bilir.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info