Qonaq Kitabı
Sufi saf olduğunu sağərü səhba nə bilir?

 

Sufi saf olduğunu sağərü səhba nə bilir?
Düşməyibdir yolu meyxanəyə əsla, nə bilir?

Tutmayıb deyri-xərabatdə xoş cayü məqam,
Rənci-bihudə çəkib, zəhməti-bica, nə bilir?

Gün bu gündür, içəlim badeyi-gülkgun, zahid,
E'tibar eyləmə, keyfiyyəti-fərda nə bilir?

Söylər əhvali-qiyamət, öz evindən ğeyri
Görməyib bir yeri, mən bilməzəm aya nə bilir?

Abi-Kövsər həvəsilə çəkib əl sağərdən,
Özünü aqilü dana tutar, amma nə bilir?

Nəşəyi-mey kişini vaqifi-əsrar eylər,
Çəkməyə başına peydərpey anı ta, nə bilir?

Qəsdi taətdən əgər cənnət isə, eyni-xəta,
Bilməyən kimdi o ev sahibi sövda nə bilir?

Eylə olsa nə tərəhhüm, nə şəfaət, nə güzəşt,
Küfrdür söylədiyin məhz sərapa, nə bilir?

Eybinin kəşfinə bəhs eyləsə meyxanələrin,
Sölə Səttaril-üyub anı bilir, ya nə bilir?

Ya gərək nadim ola, tərk edə cəngü cədəli,
Ya deyə həq deyil isminə müsəmma, nə bilir?

Mücrümün cürmünü əfv eyləməsə rəbbi-ğəfur,
Qalı rizvanda həmin firqeyi-hura, nə bilir?

Cəhəti-qəhrinə yox kimsədə imkani-sual,
Vəchi-amürzişini xaliqin əşya nə bilir?

Hər kəs öz səyü təlaşilə tapa rahi-nicat,
hörməti-ali-əbani dəxi qəta nə bilir?

Rəqəmi-əfv çəkər qaziyi-ruzi-ərəsat,
Günəhi Hübbi-Əlinin ola dərya, nə bilir?

Zakirin bir əməli yox, ona ümmid tuta,
Ta məgər inki tutub daməni-mövla, nə bilir?





 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info