Qonaq Kitabı
Ol cəfakar nəzərdən bizi atmış kimidir

 

Ol cəfakar nəzərdən bizi atmış kimidir,
Ğeyr ilə həmdəm olub, ülfəti qatmış kimidir.

Kəc gedib qaşlarını mahi-növə bənzətmə,
Ustad iki yayı baş-başa çatmış kimidir.

Arizi-alını, derdim, əsəri-meydəndir,
Baxdım əmma nigəhi-çeşm qanatmış kimidir.

Çeşmi-məstanələri guşeyi-əbrulərdə
Tağ arasında Xütən ceyranı yatmış kimidir.

Xəti-novxizi ləbi-ləlinin ətrafında
Ənkəbin şəhdi ara murçə batmış kimidir.

Şəm başın gecələr tiği-çəza kəsməkdən,
Biədəb arizi-yarə dil uzatmış kimidir.

Əql ilə huş qaçar meydən ayaq tutduqca,
Nisyə mərdümi-şəhr əqmişə satmış kimidir.

Tabi-sinəm oxunu, heyfdi, tez çək, əridər,
Haliya kürrəyi-həddad qızartmış kimidir.

Yar hali-dili-viranı xəbər alsa, deyin!
Xaneyi-mücrimi sultan talatmış kimidir.

Ğönçənin başını hər sübhü məsa yarmaqdan,
Ol məhin ağzına məxfi dil uzatmış kimidir.

Demə yoxdur əsəri ahü fəğanın, Zakir,
Xabdən ol məhi-bimehri oyatmış kimidir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info