Qonaq Kitabı
Hər kimin ki, nəzəri arizi-pürxalə düşər

 

Hər kimin ki, nəzəri arizi-pürxalə düşər,
Dami-geysulərə pabəstə olub, qalə düşər,

Vəsmə çək qaşlarının tağına peyvəst olsun,
Bu kəşakəş deyil, ay başına bir halə düşər.

Aşiqi-xam-təmə busə dilər ləlindən,
Bir deməz ki, nigəhindən ona təbxalə düşər.

Vamiqü Qeys mənimlə rəhi-rüsvalıqda
Nə qədər səxt təka-pu eləyə, dalə düşər.

Qoy tökülsün güli-rüxsarına zülfi-siyəhin,
Rəsmdir nəqşi-nigaridə siyəh alə düşər.

Çeşmi-bəddən səni hifz edə amanında xuda,
Tabi-meydən ki, güli-arizinə calə düşər.

Zakira, dərdi-dəruni üzə saldı əşkim,
Bir deyən yox, belə qammazlıq ətfalə düşər.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info